22 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya Federasiyası Səfirliyi və Rossotrudniçestvo Nümayəndəliyinin müştərək tədbirlər planına müvafiq olaraq muzey mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş RİMM-in “Heç kəs və heç nə unudulmayıb” proyekti çərçivəsində qəhrəman şəhərlərə qiyabi səyahət keçirilmişdir.
Tədbirdə Azərbaycan məktəbində rus dilinin dərindən öyrənilən pilot məktəblərin (193, 20, 244, 283, 178, 212, 63 №-li orta təhsil məktəbləri), 160 №-li Klassik Gimnaziyanın və Bakı Slavyan Universiteti Humanitar liseyinin şagirdləri iştirak etmişdirlər.
Tədbiri Azərbaycan muzey mərkəzinin əməkdaşı A.Səfərova açaraq şagirdlərə qiyabi səyahətin məqsədlərini açıqladı. Sonra Rusiya İnformasiya və mədəniyyət mərkəzinin əməkdaşı S.Babayev söz aldı və Böyük Vətən müharibəsinin ağır illərindən, düşmənlə döyüşən əsgərlərin cəsurluğundan danışdı.
Sonra qəhrəman şəhərlərə səyahət oldu. Bu məlumat döyüş yerlərinə və şəhərlərinə videosəyahət ilə müşahidə olundu. Məruzə böyük maraqla dinlənildi.
Sonda “Qəhrəman şəhərlər bizim yaddaşımızda” adlı viktorina keçirildi. Fərqlənənlərə hədiyyələr (kitablar və rəngli qələmlər) təqdim olundu.

