Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş gənc musiqi ifaçıları Müsabiqəsinin yekun gecəsi
    Çap versiyası | Baxılıb 428

    конкурс музыкантов29 aprel tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş gənc musiqi ifaçıları Müsabiqəsinin yekun gecəsi keçirilmişdir. Müsabiqə “Baltika-Bakı” şirkətinin maliyə dəstəyilə Rossotrudniçestvo Nümayəndəliyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Ü.Hacıbəyli adına Bakı musiqi akademiyası tərəfindən müştərək hazırlanmışdır. Musiqi sənətində vətənpərvər istiqamətin genişlənməsi, dahi bəstəkar və ifaçıların Böyük vətən müharibəsinə həsr olunmuş irsinin qorunub saxlanılması, musiqi ifaçılarının yaradıcılıq fəaliyyətinin faəllaşdırılması, onların repertuarının və ifaçılıq sənətinin zənginləşdirilməsi müsabiqənin əsas məqsədlərindən idi.

    21-22 aprel RİMM-ə keçirilən müsabiqədə 30-a yaxın ifaçı iştirak etmişlər. Bunlar Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının, Bakı musiqi kolecinin, L.və M. Rostropoviçlər adına xüsusi musiqi məktəbinin və Bülbül adına orta ixtisas məktəbinin şagirdləri idi. Müsabiqə iki mərhələdə keçirilmişdir: birinci klassik musiqinin ifası, ikincisi isə vətənpərvər mövzuda olan əsərlərin ifasından ibarət idi. Müsabiqədə iştirak edənlərin çoxu beynəlxalq müsabiqələrin iştirakçısı və laureatları idi.

    İfaçıların çıxışları Azərbaycanın görkəmli incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının professoru Telman Hacıyev, Bakı musiqi akademiyasının professoru Tofiq Aslanov və L.və M. Rostropoviçlər adına xüsusi musiqi məktəbinin direktoru Rafiq Əzizovdan ibarət peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilirdi.

    Münsiflər heyətinin qərarı ilə Müsabiqənin qalibləri aşağıdakılardır:

    I yer – Nəzərov İlham (Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının tələbəsi)

    II yer – Məmmədli Nicat (L.və M. Rostropoviçlər adına xüsusi musiqi məktəbinin şagirdi)

    III yer – Abasova Afaq (Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının tələbəsi), Ağalarova Günay (L.və M. Rostropoviçlər adına xüsusi musiqi məktəbinin şagirdi).

    Həmçinin nominasiya qalibləri: “Hərbi illərin mahnısı” – Heydərova Yuliya, “Orijinal ifa” – Əbilov Eldar, “Vətənpərvər mahnı” – Dadaşova Leyla, Məmmədova Elnarə, “İlin ixtirası” – Quliyev Rəhim.

    Qaliblərə diplomları, pul mükafatlarını və qiymətli hədiyyələri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirinin xanımı O.V.Doroxina, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri F.Əliyeva və R.Paşayev, Stavropol vilayətinin Ticarət və İqtisadiyyat palatasının prezidenti A.Y.Murqa, “Baltika-Bakı” şirkətinin baş direktoru A.A.Tlexuray təqdim etmişdirlər.

    Tədbirin bədii hissəsi qaliblərin və nominantların çıxışlarından ibarət idi.

    Tədbir haqqında reportajlar «AzTV», «Lider», BDTRK «Mir» telekanalları ilə nümayiş etdirilmişdir.

     

    конкурс музыкантов РИКЦ

     

    конкурс музыкантов РИКЦ

     

    конкурс музыкантов РИКЦ

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100