Azərbaycan Respublikası – Cənub Qafqazın şərqində yerləşən dövlət. Ərazisi – 86,6 min kv. km.
Azərbaycan 59 rayona, 11 şəhərə və ərazisi 5,5 min kv. km. olan ərazicə ölkədən Ermənistan və İranla ayrılan 1 muxtar respublikaya – Naxçıvan Muxtar Respublikasına bölünür.
Paytaxtı böyük iqtisadi mərkəz, nəqliyyat qovşağı və dəniz limanı olan Bakı şəhəridir (3 mln. qədər əhali). Əsas şəhərləri – Gəncə, Sumqayıt, Məngəçevir, Naxçıvan.
Əhalisi 9 mln. 111 min nəfərdir. 90,6% - azərbaycanlı, 1,8% rus millətinə məxsusdur. 20 mln. artıq azərbaycanlı ölkədən kənarda yaşayır (İran, Rusiya, Ukrayna və s.). Əhalinin 53% şəhərlərdə, 47% kəndlərdə yaşayır. 49,5%-ni kişilər, 50,5% qadınlar. 14-29 yaşlı gənclər əhalinin 31,4%-ni təşkil edir. Gözlənilən həyat müddəti 73,5 yaşdır (kişilərdə 70,9 yaş, qadınlarda 76,1 yaş).
Din dövlətdən ayrıdır. Dindarların çoxu şiyə məsləklidir. Həmçinin pravoslav, yəhudi və digər dinlər də mövcuddur.
Pul vahidini manat (100 qəpiyə bərabərdir) təşkil edir. 1 fevral 2010-cu ilə olan rəsmi məzəndə: 1 ABŞ doll. – 0,7963 manat.
Konstitusiyaya uyğun olaraq (12 noyabr 1995-ci ildə qəbul olunub), Azərbaycan demokratik, dünyavi, unitar respublikadır. Gizli ümumi düz və bərabər səsvermə yolu ilə 5 il müddətinə seçilən Prezident tərəfindən idarə olunur. Azərbaycan Respublikasının prezidenti İ.H.Əliyevdir (2003-cü ilin oktyabr ayından; 15 oktyabr 2003-cü ildə növbəti prezident sekilərində yenidən seçilib). Prezident Baş naziri (A.T.Rasizadə) və Nazirlər Kabinetinin üzvlərini təyin edir.
Qanunverici hakimiyyəti Milli Məclis (parlament) həyata keçirir. Sədr - O.S.Əsədov. Milli Məclis 5-illik mandata malikdir, majoritar sistemlə seçilən 125 deputatdan ibarətdir.
Əsas dövlət bayramları: 9 May - Qələbə günü, 28 May – Respublika günü, 26 İyun – Silahlı Güvvələr günü, 18 Oktyabr – Müstəqillik günü, 12 Noyabr – Konstitusiya günü. Dövlət statuslu dini bayramlar – Qurban bayramı, Novruz bayramı, Ramazan bayramı. Əlamətdar tarixlər: 20 Yanvar – Ümummilli hüzn günü, 26 Fevral – Xocalı faciəsi günü, 31 Mart – azərbaycanlıların soyqırımı günü, 12 Dekabr – Heydər Əliyev günü.
Ölkənin əsas təbii sərvətini və iqtisadi inkişafının əsas faktorunu neft və qaz təşkil edir. 2010-cu ildə 5,8 mln. ton neft (2009-cu ilə nisbətən 0,9% artıb) və 26,2 mlrd. kubometr qaz (artım – 11,2%) hasil edilib.
2010-cu ildə XVP, 2009-cu ilə nisbətən, 5% artaraq 41,57 mlrd. manata çatıb. İnflyasiya 5,7% təkil edib. Ərzaq məhsullarına qiymətlər 7,2%, qeyri ərzaq məhsullarına – 2,3%, xidmətlərə – 4,3% artıb
Orta rəsmi əmək haqqı – 406 dollar (9,1% artım), orta təqaüd - 126 dollar (4,4% artım) təşkil edir.
Xarici əmtəə dövriyyəsi – 27,82 mlrd. dollar (2009-cu ilə nisbətən 34,1% artıb). Eksport 21,32 mlrd. dollar (45,9% artım), import – 6,59 mlrd. dollar (7,8% artım).
2010-cu ildə Azərbaycanda xarici investisiyalar 2009-cu ilə nisbətən 63% artaraq 2,405 mlrd. manat təşkil etmişdir. Ən böyük investor Böyük Britaniya olmuşdur (investisiya 1,247 mlrd. manat və ya bütün investisiyaların 51,9%-ni təşkil etmişdir). İkinci yeri ABŞ tutmuşdur (investisiyalar 359 mln. manat təşkil edir). Rusiya investisiyaları 1,9 mln. manat təşkil edir.
2010-cu ilin noyabr ayında Milli Məclisə (parlament) növbəti seçkilər keçirilmişdir. Seçkilərin gedişatını 46,5 min yerli, 1026 beynəlxalq müşahidəçi, 19 beynəlxalq struktur izləyirdilər. Azərbaycan vətəndaşları öz ölkələrinin inkişaf istiqamətinin saxlanmasına tərəfdar olaraq “Yeni Azərbaycan” partiyasının lider rolunu təsdiq etdilər.
Azərbaycan MDB, İKT, QUAM iştirakçısı olaraq fəal xarici siyasət həyata keçirir. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası xarici siyasətin əsasını təşkil edir.
|