Adam Tlexuray,
«Baltika-Bakı» MMC-nin baş direktoru
Rusiyanın «Baltika» pivəçəkmə şirkəti»nin əsası 1990-cı ildə Sankt-Peterburqda qoyulub. Müasir avadanlıq və qabaqcıl texnologiyaların tətbiqi sayəsində şirkət Rusiyada xalq istehlakı mallarının iri istehsalçısına, 1996-cı ildən isə Rusiyanın pivə bazarının liderinə çevrilib.
Fəaliyyəti dövründə «Baltika» dinamik inkişaf edib – zavodlar alıb, «sıfırdan» yeni zavodlar tikib, satış obyektləri şəbəkəsini xeyli genişləndirib. Beləliklə, 2006-cı ilin sonunda «Baltika» Rusiyanın üç pivəçəkmə şirkəti - «Vena», «Pikra» və «Yarpivo» ilə birləşib. Hazırda «Baltika»nın Rusiyada 10, Azərbaycanda isə 1 zavodu fəaliyyət göstərir.
Şirkətin Rusiyadakı zavodlarının məcmu istehsal gücü ildə 50 mln. hektolitrdir. Mayaya olan tələbatı ödəmək üçün Tula və Yaroslavl şəhərlərində iki şəxsi maya istehsal müəssisəsi tikən «Baltika», bundan əlavə Rusiyanın səkkiz vilayətində də aqrar layihələr həyata keçirir.
Şirkət Rusiya pivəsinin aparıcı ixracatçısıdır, onun məhsulu dünyanın 50-dən çox ölkəsində satılır, ölkənin pivə ixracının 70%-i məhz bu şirkətin payına düşür. «Baltika» brendi Avropada satış həcminə görə birinci yeri tutur (Canadean, Euromonitor agentliklərinin məlumatlarına əsasən). 2008-ci ilin aprelində «Baltika», şirkətinin Nizamnamə kapitalının 88,86%-nə sahib olan «Carlsberg» Beynəlxalq Qrupuna daxil olub.
Şirkətin brendlərinin geniş portfeli ən tələbkar istehlakçının da zövqünü təmin etməyə imkan verir. Rusiyanın ən bahalı brend üçlüyünə daxil olan, hakim «Baltika» brendindən əlavə şirkətin portfelində 30-a yaxın pivə markası var. Onların sırasında «Arsenalnoye», «Nevskoye», «Yarpivo», “Tuborg”, “Carlsberg”, “Kronenbourg 1664” və 9 qeyri-pivə brendləri var. «Baltika» brendinin müxtəlif növləri lisenziya əsasında Avstriya, Özbəkistan və Ukraynada istehsal olunur.
Fəaliyyət göstərdiyi ölkələrdə «Baltika» ən iri vergi ödəyicisidir. Şirkət ictimai əhəmiyyətli hadisələrdə, habelə milli və regional miqyaslı sosial layihələrdə fəal iştirak edir. Ənənəvi olaraq, «Baltika səhiyyə, təhsil müəssisələrinə, sosial müdafiə təşkilatlarına xeyriyyə yardımı göstərir, kütləvi və peşəkar idman layihələrini dəstəkləyir.
Azərbaycanın Xırdalan şəhərindəki pivə zavodu 1969-cu ildə istismara verilib. O zaman zavod «Bakı-Pivə» İstehsalat Birliyinə məxsus olub. Həmin dövrdə «Xırdalan» SSRİ-nin altı ən iri pivə pivəçəkmə müəssisələrindən biri olub. 1997-ci ildə zavod Fransanın “Group Castel” Konserninin idarəsi altına keçib, iki il sonra isə müəssisədə iri miqyaslı rekonstruksiya işləri başa çatdırılıb.
Yeniləşdirilmiş müəssisənin 2000-ci ildə keçirilmiş açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak edib. Elə həmin dövrdən də «Xırdalan» pivəsinin istehsalı başlanıb.
Sonradan zavodun brend portfeli “Xırdalan Qara”, “Xırdalan 7/7”, “33 Export”, “Bizim Pivə”, “Əfsanə” markaları ilə zənginləşib ki, onlardan da bəzilərinin istehsalı hazırda da davam etdirilir. «Baltika» pivəçəkmə şirkəti» 2000-ci ildən Azərbaycana məhsul tədarük edir. Respublikada pivə bazarının böyüməsi perspektivinin müsbət qiymətləndirilməsi və «Baku-Kastel»in aparıcı statusu «Baltika» pivəçəkmə şirkətini Xırdalandakı pivə zavodunu almaq barədə qərar verməyə sövq edib.
2008-ci ilin mayında «Baltika» şirkəti ilə “Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)” şirkətlər qrupu arasında Xırdalandakı pivə zavodunun alınması barədə razılaşma imzalanıb. Azərbaycanın antiinhisar orqanları tərəfindən sövdələşmə bəyəndikdən sonra zavod «Baltika» şirkətinin sərəncamına keçib. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək «Baltika-Bakı» adlandırılıb.
«Baltika»nın ilk addımı yeni mövsümdən başlayaraq respublikada «Baltika» və «Arsenalnoe» pivəsinin istehsalına başlamaq üçün müəssisənin yenidən təchiz edilməsi olub. 2009-cu ilin may ayına qədər müəssisənin «Baltika» şirkətinin zavodları üçün məcburi olan bütün standartlara və texnoloji tələblərə uyğun səviyyədə hazırlamaq zəruri idi.
«Baltika-Bakı». 2009-cu ilin mayın 20-də Xırdalan şəhərində «Baltika-Bakı» zavodunun yenidənqurmadan sonra təntənəli açılışı olub.
«Baltika-Bakı»nın modernləşdirilməsi Azərbaycan Respublikasının yeyinti sənayesində son dövrlər həyata keçirilmiş ən iri investisiya layihələrindən biri olub.
İnvestisiya proqramı sona çatdıqdan sonra yatırımların ümumi həcmi təqribən 20 milyon ABŞ dolları təşkil edib.
Müəssisədə bişirmə rejimi, qıcqırma və süzmə bölmələri yenidən qurulub, şüşə butulkalara süzmə xətti yenidən təchiz edilib və PET qablaşdırma xətti quraşdırılıb. «Baltika-Bakı» müəssisəsində yenidən quraşdırılmış bütün avadanlıqlar “Krones AG”, “Gea Brewery Systems Gmbh”, “Filtrox AG”, “Ring Crown”, “Pall Gmbh” və digər aparıcı dünya şirkətləri tərəfindən istehsal olunub.
Hazırda şirkətin xaricdəki zavodu «Baltika» zavodları üçün məcburi olan standartlara və texnoloji tələblərə uyğundur. Modernləşdirmə nəinki yerli brendlərin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırmağa, həm də məşhur «Baltika» pivəsini istehsal etməyə və zaman keçdikcə Azərbaycan istehlakçılarına «Baltika-Bakı» zavodunda çəkilmiş bütün «Baltika» növlərini təqdim etməyə imkan verib.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vladimir Dmitriyeviç Doroxinin sözlərinə görə, «son illər Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə nəzərəçarpacaq dərəcədə aktivləşib. Buna əyani sübut Rusiyanın Azərbaycan Respublikasının qeyri-xammal sektorunda iri investisiya layihəsi olan «Baltika-Bakı» zavodunun modernləşdirilməsidir».
Xırdalanda zavodun olması Rusiyanın «Baltika» şirkətinə Zaqafqaziyada mövqeləri möhkəmlətmək imkanı verib.
Sosial-məsuliyyətli müəssisə olmaqla «Baltika-Bakı» Abşeron rayonunun sosial inkişafı proqramlarını dəstəkləyir və müxtəlif ictimai təşkilatlara xeyriyyə yardımı göstərir.
«Baltika-Bakı» işçi heyətə münasibətdə sosial yönümlü siyasət yürüdür. Şirkət daim «Baltika-Bakı» zavodunda iş yerlərinin təchizatından tutmuş, işçi paltarı ilə təchizat, əməkdaşların qidalanma haqqının ödənilməsi, soyunub-geyinmə otağının yenidən qurulması və yeməkxananın modernləşdirilməsinə qədər sosial iş şəraitinin cəhətdən yaxşılaşdırılması üzərində çalışır.
Xırdalandakı zavodun 2008-ci ildə Azərbaycan büdcəsinə vergi ayırmalarının həcmi 2007-ci ilin analoji dövrü ilə müqayisədə 30% artaraq 11,5 mln. manat təşkil edib (14, 31 mln. ABŞ dollarından çox).


|