Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Rusiya vətəndaşlığının alınması

    Doğum vaxtı Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi

    Uşaq doğulanda 31.05.2005-ci il tarixli 62-FZ №-li “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 12 maddəsində nəzərdə tutulmuş hallara müvafiq olaraq Rusiya vətəndaşlığını qəbul edir.

    Konsulluq şöbəsində uşağın Russiya vətəndaşlığının mövcudluğunun rəsmiləşdirilməsi Rusiya Federasiya vətəndaşı olan valideynlərdən birinin ərizəsi ilə həyata keçirilir. Ərizə verən şəxsən konsulluq şöbəsinə aşağıdakı sənədlərlə müraciət edir:

    1) şəxsiyyəti təsdiq edən sənəd;

    2) ərizə verənin konsulluq dairəsində yaşamasını təsdiq edən sənəd;

    3) uşağın doğum haqqında şəhadətnaməsi;

    4) ikinci valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd, ikinci valideyn haqqında məlumatın olmadığı halda məhkəmənin qərarı və ya ərizəsi təqdim olunur.

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Əgər əlavə konsulluq fəaliyyəti tələb olunmursa (tərcümə, surətçıxarma, təsdiqləmə və s.), doğum üzrə Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi pulsuz həyata keçirilir.

    Uşağın Rusiya vətəndaşlığı rəsmiləşdirildikdən sonra ona xarici pasport verilə bilər, və ya onun haqında məlumatlar valideynin Rusiya xarici pasportuna (arzu ilə - hər iki valideynin Rusiya xarici pasportuna) əlavə oluna bilər.

     

    Rusiya Federasiyası vətəndaşlığının alınması

    Xarici vətəndaşlar və 18 yaşına çatmış işə yararlı, vətandaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığını sadə üsulla qəbul etmək üçün ərizə ilə konsulluq şöbəsinə müraciət edə bilərlər, bir şərtlə ki, göstərilən şəxslər 31.05.2005-ci il tarixli 62-FZ №-li “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 14 maddəsinə müvafiq olaraq:

    a) valideynin biri Rusiya Federasiyası vətəndaşıdır və Rusiya ərazisində yaşayır;

    b) SSRİ vətandaşları idi, SSRİ tərkibinə daxil olan dövlətlərdə yaşayırlar, bu dövlətlərin vətəndaşlığını qəbul etməmişlər və nəticədə vətəndaşlığı olmayan şəxslər kimi qalıblar;

    c) 01 iyul 2002-ci il tarixdən sonra orta ixtisas və ya ali ixtisas təhsilini Rusiya Federasiyasında almışlarsa;

    Rusiya vətəndaşlığını qəbul etmək üçün ərizəni verən şəxsən konsulluq şöbəsinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidir:

    1) ərizə verənin şəxsiyyətini təsdiq edən sənəd;

    2) Azərbaycanda yaşayış yerini təsdiq edən sənəd;

    3) doğum haqqında şəhadətnamə;

    4) 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

    5) aşağıda qeyd olunan, şəxsin qanuni gəliri haqqında sənədlərdən biri (istənilən biri):

    - fiziki şəxsin gəliri haqqında arayış,

    - fiziki şəxslərin gəliri üçün naloqlar üzrə bəyannamə,

    - iş yerindən arayış,

    - pensiya şəhadətnaməsi,

    - sosial müdafiə orqanları tərəfindən maddi yardımın alınması barədə arayış,

    - aliment alınması barədə təsdiq etmə,

    - kredit müəssisəsində əmanətin olduğu barədə arayış (hesab nömrəsi göstərilməklə),

    - ərizə verənin himayə altında olduğu şəxsin gəliri haqqında arayış,

    - qanunla qadağan olunmamış fəaliyyətdən gəlir alması barədə digər sənəd,

    - rus dilini bilməsi barədə hər hansısa sənəd.

    6) təhsil alma barədə hər hansısa dövlət sənədi (əsas ümumi təhsildən aşağı olmayaraq), 1 sentyabr 1991-ci il tarixə qədər SSRİ tərkibinə daxil olan ərazidə, 1 sentyabr 1991-ci il tarixdən sonra Rusiya Federasiyası ərazisində;

    - rus dilindən testdən keçmə sertifikatı,

    - Azərbaycan ərazisində verilmiş, rus dilinin öyrənilməsi barədə qeyd olan sənəd;

    7) Rusiya Federasiyası vətəndaşı olan valideynin pasportu, və ya notarius tərəfindən təsdiq olunmuş və ya valideynin yaşadığı ərazi üzrə pasport-viza xidmətləri tərəfindən təsdiq olunmuş surəti,

    8) Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən səlahiyyətli Azərbaycan orqanları tərəfindən verilən arayış və ya Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən Azərbaycanın səlahiyyətli orqanları tərəfindən verilən arayışın surəti;

    9) soyadın, adın, ata adının dəyişilməsi hallarında: nigah haqqında arayış ya şəhadətnamə, nigahın pozulması haqqında şəhadətnamə, soyadın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamə;

    10) Təhsil haqqında sənəd, və ya arayış, əgər ərizə verən 01 iyul 2002-ci il tarixdən sonra orta ixtisas və ya ali ixtisas təhsilini Rusiya Federasiyasında alması ilə bağlı Rusiya vətəndaşlığının alınması barədə müraciət edirsə.

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Əgər ərizə verən istisna hallarla əlaqədar (məsələn hərəkət qabiliyyəti itirilibsə) ərizəni şəxsən təqdim edə bilmirsə, sənədlər etibar olunmuş şəxs tərəfindən təqdim edilə bilər. Bu halda konsulluq şöbəsinə sənədlərin verilməsi barədə notarius tərəfindən təsdiq olunmuş etibarnamə təqdim olunmalıdır.

    Rusiya vətəndaşlığının əldə edilməsi üçün konsulluq yığımı 17 manat təşkil edir, əlavə konsuluq fəaliyyəti (tərcümə, surətçıxarma, təsdiq olunma) tələb olunmursa.

    Ərizənin baxılması ərizə verilmə tarixindən etibarən 6 ay təşkil edir.

     

    ***

    Həddi-buluğa çatmamış (18 yaşına qədər) uşaqlar valideynlərlə eyni zamanda, və həmçinin valideynlərin və ya qanuni nümayəndələrin ərizəsi ilə Rusiya vətəndaşlığını sadələşdirilmiş halda qəbul edə bilərlər.

    Valideynlərlə eyni zamanda həddi-buluğa çatmamış uşaq Rusiya Federasiyasının vətəndaşlığını sadələşdirilmiş halda qəbul edilərkən, yuxarıda göstərilən sənədlərlə birlikdə aşağıdakı sənədlər əlavə olaraq təqdim olunur:

    - uşağın doğum haqqında şəhadətnaməsi;

    - uşağın pasportu (əgər varsa, 14 yaşından yuxarı olan uşaqlara mütləqdir)

    - digər valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;

    - digər valideynin uşağın Rusiya vətəndaşlığının qəbul etməsinə etirazının olmadığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd;

    - 14 yaşından 18 yaşına qədər uşağın Rusiya vətəndaşlığının qəbul etməyinə razılığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd.

    Əgər ikinci valideyn yoxdursa ərizəni təqdim edərkən aşağıdakı sənədlərin birinin təqdim olunması vacibdir:

    1) həmin valideynin vəfatını və ya naməlum səbəblərdən olmamağını təsdiqləyən məhkəmə qərarı;

    2) həmin valideynin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı;

    3) həmin valideynin ölüm kağızı;

    4) ərizə verənin tək ana olduğunu sübut edən sənəd;

    5) digər validen haqqında məlumatın olmadığı haqda ərizə (forma F-22).

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Valideynlərlə eyni zamanda həddi-buluğa çatmamış uşaq Rusiya Federasiyasının vətəndaşlığını sadələşdirilmiş halda qəbul etməsi rəsmiləşdirilərkən uşaq haqqında məlumatlar valideyn tərəfindən doldurulan ərizənin müvafiq qrafalarına yazılır.

    Həddi-buluğa çatmamış uşağın Rusiya vətəndaşlığını əldə edilməsinin konsulluq yığımı 17 manat təşkil edir, əlavə konsuluq fəaliyyəti (tərcümə, surətçıxarma, təsdiq olunma) tələb olunmursa.

    Ərizənin baxılması ərizə verilmə tarixindən etibarən 6 ay təşkil edir.

     

    ***

    Həddi-buluğa çatmamış uşağın bir valideyni (və ya yeganə valideyni) Rusiya Federasiyasının vətəndaşıdırsa aşağıdakı sənədlər təqdim olunur:

    1) Rusiya Federasiyasının vətəndaşı olan valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;

    2) uşağın Azərbaycanda yaşayış yerini təsdiq edən sənəd;

    3) 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil (6 yaşından yuxarı olan uşaq üçün);

    4) uşağın doğum haqqında şəhadətnaməsi;

    5) uşağın pasportu (əgər varsa, 14 yaşından yuxarı olan uşaqlara mütləqdir);

    6) digər valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;

    7) digər valideynin uşağın Rusiya vətəndaşlığının qəbul etməsinə etirazının olmadığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd;

    8) 14 yaşından 18 yaşına qədər uşağın Rusiya vətəndaşlığının qəbul etməyinə razılığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd.

    Əgər ikinci valideyn yoxdursa ərizəni təqdim edərkən aşağıdakı sənədlərin birinin təqdim olunması vacibdir:

    1) həmin valideynin vəfatını və ya naməlum səbəblərdən olmamağını təsdiqləyən məhkəmənin qərarı;

    2) həmin valideynin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı;

    3) həmin valideynin ölüm kağızı;

    4) ərizə verənin tək ana olduğunu sübut edən sənəd;

    5) digər valideyn haqqında məlumatın olmadığı haqda ərizə (forma F-22).

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Həddi-buluğa çatmamış uşağ üçün Rusiya vətəndaşlığı rəsmiləşdirilirsə Rusiya Federasiyasının vətəndaşı olan valideyn tərəfindən ərizə təqdim olunur.

    Həddi-buluğa çatmamış uşağın Rusiya vətəndaşlığını əldə edilməsinin konsulluq yığımı 17 manat təşkil edir, əlavə konsuluq fəaliyyəti (tərcümə, surətçıxarma, təsdiq olunma) tələb olunmursa.

    Uşaq 14 yaşına qədərdirsə, ərizənin baxılması ərizə verilmə tarixindən 1 ay, əgər uşaq 14 yaşından 18 yaşına qədərdirsə, 6 ay təşkil edir.

     

    Rusiya Federasiyası vətəndaşlığına xitam verilməsi

    Rusiya Federasiyası vətəndaşlığına xitam verilməsi 31.05.2002-ci il tarixli 62-FZ №-li “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 19 maddəsinin 2 hissəsinə müvafiq həyata keçirilir.

    Rusiya Federasiyası vətəndaşlığına xitam verilməsi barədə ərizəni təqdim etmək üçün vətəndaş şəxsən konsulluq şöbəsinə müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:

    1) Rusiya Federasiyası vətəndaşının qüvvədə olan pasportu (daxili və xarici);

    2) Azərbaycanda daimi yaşayış yerini təsdiq edən sənəd (polisdən arayış, və ya pasport, pasportda yaşayış yeri haqqında qeydlər varsa bu sənədlər tələb olunmur);

    3) Rusiya Federasiyasında yaşayış yerinə görə qeydiyyatdan çıxarılma haqqında sənəd (pasportda bu haqda qeydlər yoxdursa);

    4) vergi müfəttişliyindən Rusiya Federasiyası ərazisində yaşayış yeri üzrə vergi borclarının olmaması barədə arayış;

    5) Azərbaycan vətəndaşlığının olması barədə Azərbaycan daxili işlər orqanları ilə verilmiş sənəd, və ya Rusiya Federasiyası vətəndaşlığından çıxma halında Azərbaycan vətəndaşlığının verilməsi zəmanəti;

    6) 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

    7) Soyadı, adı, ata adı dəyişdirildikdə: doğum haqqında şəhadətnamə, nigahın bağlanılması haqqında arayışlar və ya şəhadətnamələr, nigahın pozulması haqqında şəhadətnamə, soyadın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamə.

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Göstərilən sənədlər başlıca sənədlərdir, lakin digər sənədlərə və arayışlara zərurət yarana bilər.

    Ərizənin doldurulması zamanı aşağıdakı sənədlər lazım ola bilər:

    - hərbi bilet;

    - əmək kitabçası;

    - pensiya kitabçası;

    - təhsil haqqında diplom.

    Əgər ərizə verən istisna hallarla əlaqədar (məsələn hərəkət qabiliyyəti itirilibsə) ərizəni şəxsən təqdim edə bilmirsə, sənədlər etibar olunmuş şəxs tərəfindən təqdim edilə bilər. Bu halda konsulluq şöbəsinə sənədlərin verilməsi barədə notarius tərəfindən təsdiq olunmuş etibarnamə təqdim olunmalıdır.

    Rusiya vətəndaşlığından çıxmanın rəsmiləşdirilməsi üçün konsulluq yığımı 85 manat təşkil edir.

    Ərizənin baxılma müddəti verildiyi gündən etibarən 6 aydır.

     

    ***

    Həddi-buluğa çatmamış (18 yaşına qədər) uşaqlar üçün valideynlərlə eyni zamanda, və həmçinin valideynlərin və ya qanuni nümayəndələrin ərizəsi ilə sadələşdirilmiş halda Rusiya vətəndaşlığına xitam verilə bilər.

    Valideynlərlə eyni zamanda həddi-buluğa çatmamış uşaq Rusiya Federasiyasının vətəndaşlığından çıxdığı halda, yuxarıda göstərilən sənədlər əlavə olaraq aşağıdakı sənədlər təqdim edilir:

    - uşağın doğum haqqında şəhadətnaməsi;

    - uşağın pasportu (əgər varsa, 14 yaşından yuxarı olan uşaqlara mütləqdir)

    - uşağın Azərbaycanda yaşayış yerini təsdiq edən sənəd;

    - uşağın Azərbaycanda yaşayış yerini təsdiq edən sənəd;

    - uşağın Rusiya Federasiyasında yaşayış yerinə görə qeydiyyatdan çıxarılması haqqında sənəd (pasportda bu haqda qeydlər yoxdursa);

    - uşağın Azərbaycan vətəndaşlığının olması barədə Azərbaycan daxili işlər orqanları ilə verilmiş sənəd, və ya Rusiya Federasiyası vətəndaşlığından çıxma halında Azərbaycan vətəndaşlığının verilməsi zəmanəti;

    - digər valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;

    - digər Rusiya vətəndaşlığında qalan valideynin uşağın Rusiya vətəndaşlığından çıxmasına etirazının olmadığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd;

    - 14 yaşından 18 yaşına qədər uşağın Rusiya vətəndaşlığından çıxmasına razılığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd.

    Əgər ikinci valideyn yoxdursa ərizəni təqdim edərkən aşağıdakı sənədlərin birinin təqdim olunması vacibdir:

    1) həmin valideynin vəfatını və ya naməlum səbəbərdən olmamağını təsdiqləyən məhkəmənin qərarı;

    2) həmin valideynin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı;

    3) həmin valideynin ölüm kağızı;

    4) ərizə verənin tək ana olduğunu sübut edən sənəd;

    5) digər valideyn haqqında məlumatın olmadığı haqda ərizə (forma F-22).

    Valideynlərlə eyni zamanda həddi-buluğa çatmamış uşağa vətəndaşlığın sadələşdirilmiş halda qəbul edilməsi rəsmiləşdirilərkən uşaq haqqında məlumatlar valideyn tərəfindən doldurulan ərizənin müvafiq qrafalarına yazılır.

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Rusiya vətəndaşlığından çıxmanın rəsmiləşdirilməsi üçün konsulluq yığımı 85 manat təşkil edir, əlavə konsuluq fəaliyyəti (tərcümə, surətçıxarma, təsdiq olunmavə s.) tələb olunmursa.

    Ərizənin baxılma müddəti verildiyi gündən etibarən 6 aydır.

     

    ***

    Həddi-buluğa çatmamış uşağın bir valideyni (və ya yeganə valideyni) Rusiya Federasiyasının vətəndaşı, digər valideyn isə xarici vətəndaşdır, və yaxud Rusiya vətəndaşlığı olan uşağın yeganə valideyni xarici vətəndaşdırsa, belə uşağın Rusiya vətəndaşlığından çıxması hər iki valideynin və ya yeganə xarici vətəndaşlığı olan valideynin imzaladıqları ərizə ilə rəsmiləşdirilə bilər.

    Bu halda ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

    1) Rusiya Federasiyasının vətəndaşı olan valideynin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;

    2) heç olmasa bir valideynin Azərbaycanda daimi yaşayış yerini təsdiq edən sənəd (pasportda yaşayış yeri haqqında qeydlər varsa bu sənədlər tələb olunmur);

    3) 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil (6 yaşından yuxarı olan uşaq üçün);

    4) uşağın doğum haqqında şəhadətnaməsi;

    5) uşağın pasportu (əgər varsa, 14 yaşından yuxarı olan uşaqlara mütləqdir);

    6) uşağın Azərbaycan vətəndaşlığının olması barədə Azərbaycan daxili işlər orqanları ilə verilmiş sənəd, və yaxud Rusiya Federasiyası vətəndaşlığından çıxma halında Azərbaycan vətəndaşlığının verilməsi zəmanəti;

    7) 14 yaşından 18 yaşına qədər uşağın Rusiya vətəndaşlığından çıxmasına razılığını bildirən, notarius tərəfindən təsdiqlənmiş sənəd.

    Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır.

    Həddi-buluğa çatmamış uşağın Rusiya vətəndaşlığından çıxmanın rəsmiləşdirilməsi üçün konsulluq yığımı 85 manat təşkil edir, əlavə konsuluq fəaliyyəti (tərcümə, surətçıxarma, təsdiq olunmavə s.) tələb olunmursa.

    Əgər uşaq 14 yaşına qədərdirsə, ərizənin baxılması ərizə verilmə tarixindən 1 ay, əgər uşaq 14 yaşından 18 yaşına qədərdirsə, 6 ay təşkil edir.

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100