Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    Səfirlə dialoq

    Bu bölmədə sizi maraqlandıran suallara Rusiyanın Azərbaycandakı Səfiri Vladimir Dmitriyeviç Doroxinin cavablarını ala bilərsiniz.

    Sualları göndərə bilərsiniz:

    - poçt ünvanına: AZ1022Bakı, Bakıxanov küç., 17.

    - faksla: (+994-12) 498-14-46

    - elektron ünvana: embrus@embrus-az.com

    Sualların cavabları göstərdiyiniz ünvana göndəriləcək. Ümumi maraqları əks edən məktublaşma saytda dərc olunacaq.

    Qəbul olunmuş suallar və cavabları.

     

    I. İstifadəçi Elgündən sual, 11 mart 2011-ci il.

    Salam, hörmətli Vladimir Dmitriyeviç. Sizə abituriyent yazır. Mənim bir sualım var. Rusiyanın ali məktəblərində təhsil haqqında maraqlanıram. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Attestatı may ayında alacam. Bununçün hansı sənədlər lazımdır? Kimə və nə vaxt müraciət etməliyəm? Çox sağ olun!

    Səfirin cavabı, 16 mart 2011-ci il.

    Hörmətli Elgün,

    Sizin Rusiyada təhsil almaq arzunuzu yalnız alqışlamaq olar. Bununçün hansı imkanlarınız var?

    Birincisi, hər il Rusiya Federasiyası Azərbaycan Respublikasına müəyyən miqdarda dövlət təqaüdləri təqim edir. Ötən ili bu təqaüdlərin sayı 40 idi. Təqaüdlərin bölgüsü ilə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məşğul olur. Siz bu Komissiyada mövcud proseduralardan keçməlisiniz.

    Səfirlik həmçinin həmvətənlilər üçün də dövlət təqaüdləri təqdim edir. Bu növ təqaüdlərə iddia etmək üçün Azərbaycanda təqdim olunmuş həmvətənlilər təşkilatlarının birinin üzvü olmaq gərəkdir.

    Və nəhayət, Rusiya ali məktəblərinə fərdi qaydada qəbul ola bilərsiniz. Belə imkanlar çoxdur. Hər ali məktəbin tələbləri və şərtləri müxtəlifdir. Siz bunları internet vasitəsilə öyrənə bilərsiz. Bundan başqa Azərbaycanda Rusiya ali məktəblərinə fərdi qaydada qəbul olunmaq üçün kömək göstərən “RAKUS” təşkilatı fəaliyyət göstərir. Məsləhət üçün bu təşkilata müraciət etmək olar. Bakıda nümayəndəliyin əlaqə telefonları: E-mail: intsel-racus@mail.az. Rusiyada Mərkəzi ofis: Sankt-Peterburq şəhəri, 197022, Naberejnaya reki Karpovki, ev 13, ofis 28, tel./faks: +7 (812) 234-39-36, 234-46-59, 234-49-36, sayt http://www.studyinrussia.org/, e-mail: education@racus.ru.

    Sizə böyük uğurlar arzulayırıq.

    Hörmətlə, Rusiyanın Azərbaycandakı Səfirliyi.

    II. Elşən Tağızadədən sual, 31 mart 2011–ci il

    Salam, hörmətli Vladimir Dmitriyeviç. Sizə Rusiya vətəndaşı Elşən yazır. Mən Norilsk şəhərində yaşayıram, ailəm isə Azərbaycanda. İstəyirəm ailəm yanımda olsun. Norilsk şəhəri mühacirlər üçün bağlıdır. Onlar mənim yanıma köçmək üçün Rusiya Səfirliyində dəvət ala bilərlərmi?

    Səfirin cavabı, 1 aprel 2011-ci il

    Hörmətli Elşən,

    Rusiya Federasiyası Hökumətinin 470 №-li qərarına (30 noyabr 2001-ci il tarixli 755 №-li) əsasən, Norilsk şəhəri xarici vətəndaşlar üçün qanuniləşdirilmiş giriş ərazisi sayılır. Sizin qohumların Norilsk şəhərinə köçməsinə razılıq almaq üçün Siz Norilsk şəhərinin administrasiyasına müraciət etməlisiniz. Ünvan: Norilsk şəhəri, Leninskiy pr-ti, ev 24, otaq №8.

    Hörmətlə, Rusiyanın Azərbaycandakı Səfiri

     

     



    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...
    » Rusiya Federasiyasının ərazisinə avtomobil vasitələrilə ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın diplomat işçilərinin günü münasibətilə Rusiya ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100