Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfiri Vladimir Doroxinin “İnterfaks-Azərbaycan” agentliyinə Diplomatik işçi Günü haqqında müsahibə verib
    Çap versiyası | Baxılıb 247

    10 fevral tarixi Rusiyada Diplomatik işçi günü kimi qeyd olunur. Bu bayram necə və nə üçün meydana gəlib?

    Peşə günlərinin qeyd edilməsi – köhnə sovet ənənəsidir. O, Rusiyada da özünə yer alıb. Təqvimdə Gənclər günü, Şaxtaçı günü, Heyvandar günü, Müəllim günü kimi bayramlar mövcuddur. 2002-ci ildə XİN-in yaranma günü qeyd edilərkən Prezident diplomatlar üçün də peşə günü təsis etdi. Nə üçün 10 fevral. 1549-cu ilin 10 dekabr tarixində Rusiyanın ilk diplomatik idarəsi – İvan Qroznının səfirlik idarəsi – yaranmışdır. Bəli, 10 dekabr – Rusiya diplomatik işçilərinin bayramıdır. Bu gün bizi təbrik edir, alqışlayırlar. Lakinən vacibi bu günü təntənəli qeyd etmək deyil. Bu gün biz nail olduğumuzu və görüləcək işləri nəzərdən keçiririk.

    Belə cavab bir sual doğurur. Rusiya diplomatiyası nəyə nail olub və hansı vəzifələri var?

    Diplomatlar çətin zamanlar yaşayıblar. On illərlə xidmət etdiyimiz ölkə məhv oldu. Belə fikirləşirsən ki, bu, sondur. Hər şey bitib. Bir çoxları təslim oldular. Lakin qeyd etmək lazımdır ki, məhz diplomatiya bir institut kimi özünü doğrultdu. Ola bilsin beynəlxalq dünya görüşünə görə, və ya digər səbəblərdən biz yalnız vəziyyəti anlamadıq, həmçinin dövlətin zəifliyinə baxmayaraq, onun milli maraqlarını müdafiə etdik. Rusiyanın xarici siyasəti sistemli, praqmatik xassə daşımağa başladı. Ölkə yalnız güc toplamadı, o, beynəlxalq vacib məsələlərin həllini öz üzərinə götürdü. Bəs sonra nə? Əsas istiqamət məlumdur. Rusiyanın məqsədi öz vətəndaşlarının təhlükəsizliyini və firavanlığını təmin etmək, ölkənin rifahı və beynəlxalq ictimaiyyətdə layiqli yer tutmaqdan ibarət idi. Öz maraqlarımızı konfrontasiyaya uğramadan ardıcıllıqla və qətiyyətlə həyata keçirəcəyik.

    Rusiya diplomatiya xidməti sovet diplomatiyasından yaranıb. Eyni və fərqli cəhətlər hansılardır?

    Həqiqətən Rusiya diplomatiya xidməti SSRİ təcrübəsindən çox yararlanıb. Hər şeydən öncə peşəkarlıq, dillər, dünya və regional problemlər haqqında biliklər. Fərqli cəhət bütpərəstlikdən, “superdövlət” psixologiyasına üstün gəlmək, praqmatik mövqeyə keçməkdən ibarətdir. Diplomatiyanın vəzifələri daha da genişləndi. Bizim aramızda tənbəllərə və gərəksiz kağızlar yazanlara yer yoxdur. Ölkənin maraqları üçün çalışırıq.

    Məsələn, ötən ili Rusiya və Azərbaycan tarixi nəticə əldə etdi. Dövlət sərhəddi haqqında danışıqlar baş tutdu. Rusiya tərəfindən danışıqları diplomat, XİN-nin əməkdaşı aparırdı. Baza təhsilinə görə o, germanist idi, alman dilinin, Almaniyanın tarixini və siyasətini əla bilən bir adam idi. Lakin vəziyyət tələb etdi ki, o, su üzrə ixtisasçı olsun. O, Samur çayı, onun suburaxıcısı, su ayrıcı (kimə nə qədər), ekologiyası və s. haqqında bütün məlumatları ətraflı öyrəndi. Azərbaycan gidroloqları ilə danışıqları bərabər səviyyədə aparırdı. Hamıya gərək olan nəticənin əldə olunmasında onun töhvələri çox vacib idi. Belə nümünələri digər ölkələr və xarici siyasətimizin digər sahələri üzrə də gətirmək olar. Bunlar barədə böyük qürur hissi ilə danışıram.

    Müsahibədə biz Rusiya diplomatiyası fəaliyyətinin nəticələrindən danışdıq. Bakının müstəqil siyasət yeritdiyi və bir neçə beynəlxalq vektorlar üzrə fəaliyyət göstərdiyini nəzərə alaraq, Moskvada Azərbaycan istiqamətində nəticələr necə qiymətləndirilir?

    Cavan Rusiya diplomatiyası üçün keçmiş SSRİ respublikaları ilə münasibətlərin qurulması ən ciddi məsələlərdən biri olmuşdur. Moskvaya onları bərabər partnyorlar kimi qəbul etmək psixoloji tərəfdən çətin idi. Onlar isə siyasəti Rusiyadan süni uzaqlaşmada qururdular. Azərbaycan da istisna təşkil etmədi. Uğurlu dönüş o zaman baş verdi ki, Moskva Azərbaycanı olduğu kimi qəbul etməyin zəruriliyini başa düşdü. Bakı isə anladı ki, Moskvadan uzaqlaşma ağılslzlıqdır, onunla praqmatik qarşılıqlı anlaşma əldə etmək vacibdir. Bu prinsiplərin banisi Heydər Əliyev və Vladimir Putin olmuşlar. Bu prinsiplər indi də işləyir. Rusiyanın MDB ölkələri ilə münasibətinin əsasını bu dövlətlərin müstəqilliyinə və azadlığına hörmət təşkil edir. Partnyoru öz xarici üstünlüklərinə uyğunlaşdırmaq olmaz. Onun maraqlarına hörmətlə yanaşmaq lazımdır. Onda o da sənin maraqlarına hörmət edəcək. Azərbaycanla münasibətlərdə bu xüsusiyyətə nail olmağımız, sözsüz ki, Rusiya diplomatiyasının nailiyyətidir.

    Bu gün Rusiyanın Azərbaycanda Səfiri olmaq nə məna daşıyır?

    Hər şeydən öncə bu, böyük məsuliyyətdir. Mənim ilk reaksiyam belə idi, mən bu məsuliyyətin öhdəsindən gələ biləcəyəmmi? Birdən səhv edərəm və Rusiyanın belə vacib ölkə ilə münasibətləri korlanar. İki il xidmətdən sonra mən vəziyyəti daha yaxşı anlayıram. Rusiya-Azərbaycan münasibətləri Səfirin şəxsiyyətindən və fəaliyyətindən asılı deyil. Bu münasibətlər Rusiyanın və Azərbaycanın obyektiv maraqlarına, iki ölkə rəhbərinin qarşılıqlı anlaşmasına əsaslanır. Bizim münasibətlər Səfirin səhfinə və ya ehtiyyatsız hərəkəti sınaqlara dözəcək. Məsuliyyət ən əsas olacaq. Bu, iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində inkişaf etməsini arzulayan milyonlarla insanların qarşısında məsuliyyət hissidir.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100