Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxinin Rusiya Diplomatları Günü münasibəti ilə «Xəbərlər-Azərbaycan» və «İnterfaks-Azərbaycan» informasiya agentliklərinə müsahibəsi
    Çap versiyası | Baxılıb 512

    Səfirlik2010-cu il fevralın 10-da Rusiyada xüsusi peşə bayramı – Diplomatları Günü qeyd olunur. Bu bayram Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2002-ci il tarixli fərmanı ilə təsis edilib.

    Bayramın vaxtının seçilməsi təsadüfi deyil. Belə ki, Rusiyanın dövlət strukturu tarixinə dair sənədlərdə Səfirlik idarəsi barədə məlumatlar məhz 1549-cu ilin fevralın 10-na təsadüf edir.

    Bu peşə bayramının təsis edilməsi Rusiya dövlətinin xarici siyasətdə mövqelərinin qorunması və möhkəmləndirilməsi sahəsində rus diplomatiyasının xidmətlərinə verilən qiymətdir və ölkənin diplomatiya sahəsində ən yaxşı varislik ənənələrinin simvoludur.

    XX əsrin son onilliklərində Rusiya Federasiyasının şəraitdə beynəlxalq aləmdə köklü milli maraqlarını qorumağı bacardı.

    Hazırda BMT Təhlükəsizlik Şurasının, «səkkizlik qrupunun» və digər beynəlxalq strukturların üzvü olan Rusiya gündəmdəki qlobal problemlərin həllində fəal iştirak edir.

    Rusiya dövlətinin dünya iqtisadi sisteminə inteqrasiyası, ölkənin sosial-iqtisadi inkişafına dair planların həyata keçirilməsi, milli təhlükəsizliyin təmin olunması bir çox hallarda diplomatiyanın səmərəliliyindən asılıdır.

    Xaricdə olan Rusiya vətəndaşlarının və həmvətənlərin maraqlarının qorunması, rus dilinin inkişaf etdirilməsi və ölkəmizdə yaşayan xalqların beynəlxalq aləmdə irəli çəkilməsi kimi məsuliyyətli vəzifə də diplomatik xidmətin üzərinə düşür.

    Rusiya Federasiyası dünyanın 178 ölkəsi ilə diplomatik münasibətlərə malikdir, 140 ölkədə səfirliyi, beynəlxalq təşkilatlar yanında 12 nümayəndəliyi, 74 baş konsulluğu və 4 konsulluğu fəaliyyət göstərir.

    Rusiyanın Azərbaycandakı Səfirliyi iki ölkə arasında artıq strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində işləyir.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100