Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfiri Vladimir Dmitriyeviç Doroxinin “Elitnoye obşestvo” jurnalına müsahibəsi
    Çap versiyası | Baxılıb 414

    Sual: Sizin Azərbaycana ilk səfəriniz Rusiyanın Azərbaycanda Səfiri vəzifəsinə təyin olmağınızla bağlıdır, yoxsa əvvəllər bizim Respublikamızda olmuşdunuz?

    Cavab: Mən Həştərxan şəhərində anadan olub, boya-başa çatmışam.1966-cı ildə Moskvaya diplomat təhsili almağa getmişəm, lakin hər tətildə valideynlərimin yanına qayıdırdım. Moskva-Həştərxan-Bakı təyyarəsi ilə gedirdim. Mən Həştərxanda enirdim, təyyarə isə yolunu cənuba doğru davam edirdi. Ona görə demək olar ki, diplomatik karyeramın lap əvvəllərində mən Bakıya aparan yolun yarısındaydım. Lakin bura yalnız indi gəlmişəm.

    Sual: Bakını bəyənirsinizmi?

    Cavab: Bakı gözəl şəhərdir. Onun öz siması, ab-havası var. Postsovet məkanında Bakı, yəqin ki, digər paytaxtlardan fərqli olaraq daha çox irəliləyib. Düzdür, bu prosesin öz neqativ tərəfləri də var: daim nə isə təmir, inşa edilir və bu tıxaclar, basırıqlar yaradır. Lakin buna alışmaq olar.

    Bakıya gəlməmişdən məni Bakıdakı dözülməz istilərlə və dəhşətli küləklərlə qorxudurdular. Sizdə olduğum bu bir il ərzində bu “hədəqorxular”, xoşbəxtlikdən doğrulmadılar.

    Sual: Azərbaycan Rusiya ilə qədərincə yaxın və dost münasibətlərdədir. Bu sizin işinizi yüngülləşdirirmi?

    Cavab: Əlbəttə hər bir diplomat üçün onun ölkəsi ilə dost münasibətdə olan dövlətdə işləmək asandır. Hətta psixoloji cəhətdən də. Xarici işlər nazirliyinə gedərkən qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək münaqişələri araşdırmaq, etirazlar bildirmək və dinləməkdən daha rahatdır.

    Lakin digər tərəf də var. Rusiya ilə Azərbaycan yaxınlığından böyük həcmli münasibətlər irəli gəlir. Bakıda səfir vəzifəsində olduğum müddətdə Azərbaycana Rusiyadan 87 deleqasiya gəlib, həmçinin Prezident D.A.Medvedev və nazirlər. Hər dəfə Səfirlik üçün bu böyük işdir.

    Bakının dünya siyasəti, Qafqazda vəziyyət, Xəzərlə bağlı məsələlər haqqında fikirləri Moskva üçün maraqlıdır. Səfirlikdən məlumat, dəqiq qiymətləndirmə gözləyirlər. Bu isə böyük məsuluyyətdir.

    Sual: Azərbaycanın hansı bölgələrində Siz daha tez-tez istirahət etmisiniz?

    Cavab: Azərbaycanda mən çox yerlərdə olmuşam, lakin həmişə işlə əlaqədar. Təəssüflər olsun ki, hələ ki istirahət üçün vaxt tapmamışam.

    Sual: Mümkünsə, ailəniz haqqında danışın?

    Cavab: Mən artıq 38 ildir ki evliyəm. Həyat yoldaşım məni bütün diplomatik səfərlərdə müşayiət edirdi, indi də o, mənimlə Bakıdadır. Bizim iki qızımız var. Onlar Moskvada müstəqil yaşayırlar.Həmçinin bizim əsas qürurumuz, əsas sevincimiz – bizim iki oğlan nəvəmiz var. Birinin 10 yaşı var, o biri isə təzə dünyaya göz açıb.

    Sual: Uşaqlarınızdan hansısa diplomatiyaya meyllidir?

    Cavab: Uşaq ikən qızlarımız bizimlə xarici səyahətlərə gedirdilər, diplomat həyatının nə olduğunu bilirlər. Ancaq bu həyat onları maraqlandırmadı. Birdə ki, indiki zəmanədə diplomatlar arasında qadınların sayı artır. Əvvəllər diplomatiya daha çox kişilərə aid olan peşə idi.

    Bütün ümidimiz nəvələrimizədir. Böyüyü artıq babasının yolunu davam etdirmək arzusunu bildirib. Düzdür bir şərti var ki, birbaşa səfir olsun.

    Sual: Cənab səfir öz geyimində hansı markalara üstünlük verir?

    Cavab: Uzun müddət mən zövqə görə deyil imkana əsasən seçim edirdim. İndi mən artıq nisbətən istədiyim geyimi əldə edə bilirəm, belə ki, “Zenyi” və “Kanali” firmalarının kostyumları, “Brioni” və “Van Laaka” köynəkləri, müxtəlif firmaların qalstukları.

    Sual: Bir çox diplomatlar müxtəlif kolleksiyalar toplayırlar. Hobbiniz varmı?

    Cavab: Əlbəttə ki, mən əsas vaxtımı işımə həsr edirəm. Amma mənim başqa maraqlarım da var. Ədəbiyyat – evimizdə böyük kitabxanamız var, kino, musiqi, teatr. Bakıda biz tez-tez Filarmoniyaya konsertlərə gedirik, milli opera və baletlə tanış olmuşuq, Rus Dram Teatrının repertuarının böyük hissəsinə tamaşa etmişik. Çalışıram həftədə iki dəfə tennis oynayım (xoşbəxtlikdən, Səfirlikdə bağlı meydança var) və at sürüm (yaxşı ki Bakıda gözəl “Bina” atçılıq klubu var).

    Xarici səfərlərdən biz müxtəlif maraqlı əşyalar gətirirdik, lakin deməzdim ki, səriştəli kolleksiya toplayanıq.

    Sual: Azərbaycan musiqisinə münasibətiniz. Bizim müsiqiçilərdən kimləri tanıyırsınız?

    Cavab: Ola bilər, mənim fikrim çox subyektivdir, lakin mənə elə gəlir ki, məhz musiqi sahəsində Azərbaycan incəsənəti daha yüksək nailiyyətlər əldə edib. Y.Hacıbəyovun, Q.Qarayevin və digər Azərbaycan musiqiçilərinin adları bütün dünyada məşhurdur. Və bu həqiqi məhşurluqdur, çünki onlar özündə klassik musiqini və Azərbaycanın milli koloritini özündə birləşdirən gözəl musiqi əsəri yaratmışlar. İndi musiqi aləmində muğama və aşıq sənətinə maraq artır. Zənnimcə, bu, Azərbaycan musiqisinə daha çox məhşurluq gətirəcək.

    Azərbaycanda ilk tanış olduğum şəxslərdən biri gözəl musiqiçi F.Bədəlbəyli olmuşdur. Bakıda getdiyimiz ilk konsert isə M.Mirzəyevin konserti idi. Biz onunla da dostlaşmışdıq. Mən Prokofyevin İkinci fortopiano konsertini M.Adgözəlzadənin ifasında dinlədikdən sonra anladım ki, mənim bakılı dostlarımın arasında əsl virtuozlar var. Bu yaxınlarda mən məhşur F.Əlizadə ilə tanış olmuşam. Bir çox dirijorları və orkestrantları tanıyıram.

    Sual: Rusiya nümayəndəliyinin Azərbaycanda rəsmi müddəti bitdikdən sonra, çox guman ki, Siz Rusiyanı digər ölkələrdə təmsil edəcəksiniz. Azərbaycandan ayrıldığınıza təəssüflənəcəksinizmi?

    Cavab: Diplomatik karyeramın əvvəlində Macarıstanda olmuşdur. Bu ölkəyə iki dəfə ezamiyyətə getmişəm və ümumilikdə Budapeştdə 14 il keçirmişəm. 2001-2005-ci illərdə Zambiyada Səfir olmuşam.Uzunmüddətli ezamiyyətlər arasında mərkəzi aparatda müxtəlif vəzifələrdə çalışarkən bir çox ölkələrdə də olmuşam. Onların hər biri həyatıma yalnız işguzar deyil həmçinin mənəvi zənginlik verərək, taleyimdə əvəzolunmaz iz qoyub. Bu ölkələrin hər biri ilə təəssüflə vidalaşmışam.

    Hələ ki Azərbaycandan sonra nə ilə məşğul olacağım barədə fikirləşmək istəməzdim. Ancaq bu ölkənin həyatımın unudulmaz hissəsi olacağını artıq indidən deyə bilərəm.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100