Embrus-Az.com > Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxinin Q.Uilsonun “İlham. Prezidentin portreti” kitabının təqdimatında çıxışı
Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxinin Q.Uilsonun “İlham. Prezidentin portreti” kitabının təqdimatında çıxışı |
|
Aşağıda Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxinin şıxışının tam mətni verilir. “Mən heç vaxt kitab yazmamışam və bilmirəm, o, nədir. Ələfsusdakı sağ insan haqqında kitabın yazılması, hansı ki hal-hazırda ölkə prezidentidir. Amma bir şeyi qeyd edim: belə bir kitabı oxumaq hədsiz dərəcədə maraqlıdır. Səbəbi göz qabağındadır. Qrem Uilsonun “İlham. Prezidentin portreti” kitabı tarixin ən vacib və ən maraqlı mövzusuna həsr olunub. Bu, yeni, müstəqil dövlətin yaranması, onun dünyada yeri və bu prosesdə rəhbər şəxsiyyətin roludur. Azərbaycanın həməsri kimi, biz özümüz də bu prosesin gündəlik şahidləriyik, və hətta onun nəbzini duyuruq. Ona görə müəllifin heç bir qeydinə laqeyd yanaşmaq olmur. Qeyd olunmuş hər bir yeni fakt yeni düşüncələr yaradır. Bu düşüncələr az deyil. Kitab 500 səhifədən ibarətdir. Onun 250-si, yəni yarısı Prezidentin atası – Heydər Əliyevə həsr olunub. Və burda qəribə bir şey yoxdur. Yəqin ki, Azərbaycan haqqında belə yazılan kitab hələ az olmayacaq. Bu ölkə bu insanın iradəsi və yaradıcı xüsusiyyətləri olmadan yarana bilməzdi. İlham Əliyevin atasının rəhbərliyi altında keçdiyi məktəb onun müasir masştablı bir siyasətçi kimi formalaşmasında həlledici amil olmuşdur. İ.Əliyevin atasının yolunun necə davam etdiyi göz qabağındadır. Onun rəhbərliyi altında ölkə yeni bir impuls alıb. Bu il 20 illik yubileyini qeyd edən Azərbaycanın nümayiş etdiyi inkişaf templəri postsovet məkanında ən yaxşı olduğunu qeyd etsək kifayətdir. Ölkə günü gündən dəyişir. Enerji sahəsindən gələn gəlirləri rəhbər tutaraq, ölkənin rəhbərliyi milli iqtisadiyyatın ikiqat artırılması, qeyri neft sektorunun inkişafı, insanların həyatının yaxşılaşdırılması məqsədlərini irəli sürür. Sisyasi sistemin və vətəndaş cəmiyyətinin inkişafı kimi vacib məsələlər gündəmdədir. Ölkə özünəməxsus mədəniyyəti və milli adət-ənənələri qoruyub saxlayır, beynəlxalq və mədəniyyətlərarası dialoq meydanına çevrilib. Azərbaycan beynəlxalq siyasi həyatın fəal iştirakçısıdır. BMT Təhlükəsizlik Şurasında onun səsi duyulur, zözü eşidilir. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı – onun beynəlxalq əməkdaşlığın inkişafına verdiyi real töhfədir. Bunların hamısı barədə Qrem Uilsonun kitabında geniş faktoloji material var. Bu, onun üstün cəhətlərindəndir. Rusiya oxucusu kimi mən, əlbəttə ki, gəhrəmanın Moskva həyatına həsr olunmuş səhifələrinə digər bir hisslə yanaşıram. Bu səhifələrdə çoxlu tanış adlar var. Mənim də oxuduğum MBƏDİ-nin müəllimləri, mənim tanıdığım digər insanlar İlmam Əliyev haqqında çox düz xasiyyətnamələr verirlər. Gələcək prezidentin rus dilinə, mədəniyyətinə, insanlara hörməti hiss olunur. Bunun hamısı inandırıcı və çox riqqətəlayiqdir. Q.Uilson gənc azərbaycanlının Moskva həyatının sadəcə olaraq faktları sadalamaqla kifayətlənmir. O, Rusiyanın gələcək prezidentinin mənəviyyatına, həyat kredosuna, siyasi istiqamətinə təsiri başa düşmək istəyir. Hər bir tədqiqatçı kimi Uilsonu Azərbaycanın nəhəng şimal qonşusu ilə münasibətləri, risk və faydasını maraqlandırır. Mənim üçün nəticə qətidir. Sovet və Rusiya təcrübəsi İ.Əliyevin müasir Rusiyanı başa düşməsinin əsasını qoyub. Bu, Azərbaycanın Rusiya ilə münasibətlərində vacib faktorlardan biridir ki, bu münasibətlər əsasını müstəqilliyə, milli maraqlara qarşı şərtsiz hörmətə arxalanan strateji partnyorluq təşkil edir. Bu kurs hər iki ölkəyə, regiona, dünyaya çox şey verib. Biz Rusiyada bu kursu yalnız bəyənir və onu davam etməyə hazırıq. Prezident haqqında kitabın ilk səhifəsində Qarabağ sözü meydana gəlir. Və bu mövzuya kitab boyu müraciətlər dayanmır. Azərbaycan cəmiyyətinin həyatındakı kimi Qarabağ faciəsi hər yerdə özünü göstərir. Uilsonun kitabı bir daha xatırladır ki, Qarabağ münaqışəsi Azərbaycanın və bu regionun inkişafına təsir edir. Bu xatırlatma emosional və ciddidir. Müəllif münaqişənin həlli yollarını vermir. Bu, onun məqsədi də deyil. Bu, siyasətçilərin və beynəlxalq ictimaiyyətin vəzifəsidir. Rusiya vasitəçi tərəflərdən biri kimi, məsələnin beynəlxalq hüquq normalarına uyğun həll olunması yolunda səylə çalışacaq. Müəllif kitabına ən son, ən yeni faktları salıb. Amma kitab nəşr ediləndən sonra Azərbaycanın həyatında kitabda təsvir edilən faktlardan da mühün hadisələr baş verib. Tədqiqatçıya bu tez dəyişən tarixə çatmaq asand deyil. Yəqin, bu, siyasətçiyə də aiddir. Uilsonun kitabı tez dəyişən dünyada dinamik irəliləyən Azərbaycan haqqındadır. İlham Əliyev əvvəllər ağla gəlməyən imkanlar və əvvəllər olmayan təhlükələr içərisində ölkəni irəli aparır. Rusiya çoxəsirli ənənələrə sadiq qalan dost kimi bu kursun müvəffəqiyyətində maraqlıdır. Bizim cənub sərhədlərində stabil, inkişaf edən, seçdiyi yolda inamla addımlayan demokratik Azərbaycanın olması kimi başqa arzumuz yoxdur. Bu yolda İlham Heydər oğluna uğurlar arzu edək.” Geriyə |