Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfirinin xanımı O.V.Doroxina “Oriqami” Uşaq və yeniyetmələrin reabilitasiya mərkəzində xeyriyyə aksiyası keçirib
    Çap versiyası | Baxılıb 644

    19 mart Rusiyanın Azərbaycandakı Səfirinin xanımı Olqa Viktorovna Doroxina “Oriqami” Uşaq və yeniyetmələrin reabilitasiya mərkəzində Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.

    Mərkəzin sədri N.Nəcəfov 2001-ci ildə yaranmış təşkilatın fəaliyyəti ilə tanış edərək, xəstə uşaqlara (autizm, uşaq serebral paraliçi, Daun sindromu, beynin inkişafdan geri qalması) psixoloji köməyin formalarından danışdı.

    O, gələcək planlarla bölüşərək bildirdi ki, “URALSİB” Rusiya maliyə korporasiyasının dəstəyilə (sərmayənin ümumi məbləği 1,5 mln. ABŞ doll. təşkil edəcək) Heydər Əliyev fondunun köməyi sayəsində 2010-cu ildə Suraxanı rayonunda “Oriqami” Uşaq-gənclər reabilitasiya mərkəzinin yeni binası inşa ediləcək.

    Nəcəfov həmçinin Azərbaycanda fəaliyyət göstərən “Nikoyl” Rusiya İnvestisiya-maliyə bankına “Oriqami”-nin fəaliyyətinə göstərdiyi dəstəyə və köməyə, Rusiyanın Azərbaycandakı Səfirliyinin diqqətinə görə minnətdarlığını bildirdi.

    Rusiya Federasiyasinın Azərbaycan Respublikasındakı Səfiri V.D.Doroxinin, Rusiya Səfirliyinin əməkdaşları, uşaqları və şəxsən öz adından Olqa Viktorovna uşaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, uşaqlara can sağlığı, xoşbəxtlik və həyatda öz yerlərini tutmağı arzuladı.

    Doroxina qeyd etdi: “Rusiya və Azərbaycanı çoxəsirlik dostluq birləşdirir. Biz bir ölkədə yaşayırdıq, indi biz iki müstəqil dövlətik. Amma yenə də bizim ölkələrin xalqlarını birləşdirən əsas manqaların biri olan rus dili Azərbaycanda böyük dəstək tapıb”.

    Tədbirin sonunda O.V.Doroxina qeyd etdi: ““Oriqami” Mərkəzi ilə tanışlıq məndə ən yaxşı təsuratlar yaratdı. Burada hər sahədə əlil uşaqlarla düşünülmüş və ciddi iş görünürdü. Onlarla müxtəlif həkimlər və müəllimlər işləyirlər: loqoped, psixoloq, müalicəvi idman həkimi, terapevt və bu reabilitasiya mərkəzinin əsas ideoloqu və yaradıcısı Namiq Nəcəfov. İstedadlı pedaqoq və biganə olmayan insan kimi o, Mərkəzin hər bir şagirdinin qəlbinə yol tapır. Və uşaqların zehninin və nitqinin inkişafında lazımi və xeyirli “dərman” olan yapon incəsənəti – oriqami ona bu işdə kömək edir”.

    Uşaqlar tərbiyəlidirlər, özlərini sərbəst hiss edirlər, fəal rəqs edirdilər, gözlərində maraq, uşaq həvəsi və öz bacarıqlarını və nailiyyətlərini göstərmək istəyi görünürdü. Bunların hamısının arxasında Nəcəfovun rəhbərlik etdiyi kollektivin alicənab və fədakar işi durur.

    Biz bir daha uşaqları və müəllimləri bahar bayramı Novruzun gəlişi münasibətilə təbrik edirik və Rusiyanın Azərbaycandakı Səfirliyi adından hədiyyələr (şirniyyat və uşaqlar üçün kitablar) təqdim edirik”.

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100