QOY SÖZLƏR ÜÇÜN DARISQAL, FİKİRLƏR ÜÇÜN GENİŞ OLSUN.
Bu yaxınlarda bu sətirlərin müəllifi – Anton Pavloviç Çexovun 150 yaşı tamam oldu.
Ədəbi məclislər Azərbaycan Rsepublikası Xalqlarının Həmrəyliyi Cəmiyyətində (ARXHC) xoş bir ənənəyə çevrilib. Bu dəfə ədəbi məclic yazıçı və dramaturq, bizə uşaqlıqdan tanış olan “Vanka Jukov”un və “İnsanda hər şey gözəl olmalıdır”, “Qısa nitq istedadın bacısıdır” sözlərinin müəllifi Çexova həsr olunmuşdur.
Məclisdə Azərbaycanda RF Səfirliyinin müşaviri V.Q.Pozdorovkin, Rusiya İnformasiya-mədəniyyət mərkəzinin rəhbəri Ənvər Şeyxov, öz mühazirələri ilə çıxış edən tanınmış yazıçının yaradıcılığı ilə məşğul olan tədqiqatçılar və həmçinin cavan nəslin nümayəndələri iştirak edirdilər.
Gecəni “Sodrujestvo” ARXHC-nın sədr müavini Mixail Bolotnikov açdı. O, öz çıxışında qeyd etdi ki, Respublika ictimaiyyəti rus yazıçısını hörmətlə yad edir, və xatırlatdı ki, vaxt var idi, Çexovun vətəni Taqanroq və Bakı qardaş şəhərlər idi. Bizim ölkənin nümayəndələri, tez-tez bu şəhərdə və onun görməli yeri olan Çexovun ev-muzeyində olmuşlar.
Bakı Slavyan Universiteti rus ədəbiyyatı kafedrasının dosenti A.İ.Tretyakova yazıçının həyat və yaradıcılığı, onun yaradıcı mövqeyi və yeni janr – hekayə-kəşf janrının yaradılması, Çexovun öncədən görmə ekstrasensor bacarıqları və bir çox hallar haqqında danışdı. Onun “Rukovodstvo dlə jelayuşix jenitsa” adlı kiçik hekayəsini oxuyaraq, Antonina İvanovna ailənin yaradılması ilə bağlı gecəyə toplaşanların diqqətini Çexov fikirlərinin aktual olduğuna yönəltdi.
Məruzəçilər qeyd etdilər ki, Çexov istənilən mövzuda hekayə yaza bilərdi, və onun hər bir əsəri düşündürürdü. O, oxucuya həyat dərsi vermir, onlara yalnız həqiqəti göstərir, və hər kəs bundan öz nəticəsini çıxara bilər.
Çexovun istedadı qocalmır, o, zamanın hökmündə deyil.
Gecənin sonunda “Sodrujestvo” ARXHC-nin yanında fəaliyyət göstərən Rus gənclər birliyinin nümayəndələri Çexovun “Loşadinaya familiya” əsərindən bir səhnə göstərdilər, 134 saylı məktəbin şagirdləri yazıçının sevimli əsərlərini – C.Tartininin “Trel dyavola” və F.Mendelsonun əsərlərini ifa etdilər.
“Sodrujestvo” ARXHC-nin Şüra üzvü Vadim İlyasov