Cari ilin 18-19 noyabr tarixlərində Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin Naxçıvanda olmuşdur.


V.Doroxin “T.Salahovun xalça dünyası” adlı sərginin açılışında iştirak etmişdir. Sərgidə dahi ustadın əl işləri olan Rusiyanın və Azərbaycanın tanınmış şəxslərinin xalça-portretləri nümayiş etdirilmişdir.

Tədbirdə T.Salahov, Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Açılışda çıxış edən V.Doroxin T.Salahovun Rusiya Azərbaycan münasibətlərinin inkişafinda rolunu qeyd etdi.


Səfir Naxçıvan Dövlət Universitetində rus dili mütəxəssislərinin hazırlığı təcrübəsi ilə tanış olmuşdur. Həmçinin Səfirin Universitetin müllim-tələbə heyəti ilə görüşü keçirilmişdir.

V.Doroxin təlim rus dilində olan Naxçıvan şəhəri 3№-li orta məktəbdə də olmuşdur. Səfirə bölgədə rus dilinə olan böyük maraq haqqında danışıldı, məktəb məzunlarının ölkənin və xarici dövlətlərin ali məktəblərinə qəbulu barədə məlumat verildi.