Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Notariat

    Rusiya Federasiyasının Azərbaycan Resoublikasındakı Səfirliyinin Konsulluq şöbəsi Rusiya Federasiyası Notariat haqqında Qanunvericiliyinin Əsaslarına, icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən notarial əməliyyatların icra edilməsinin qaydaları haqqında təlimata və digər normativ qanuni aktlara müvafiq olaraq notarial əməliyyatlar həyata keçirir.

    Səfirliyinin Konsulluq şöbəsi

    1. etibarnamələri təsdiqləyir;

    2. əmlakdan məhrum olma müqavilələrindən başqa digər müqavilələri təsdiqləyir;

    3. vərəsə olunan əmlakı siyahıya alır və onun qorunulması üzrə tədbirlər aparır;

    4. vərəsə hüququ haqqında şəhadətnamə verir;

    5. ər və arvadın ümumi əmlakında şəxsi hissəsi hüququ haqqında şəhsdətnamə verir;

    6. sənədlərin surətlərinin, onlardan çıxarışların düzgünlüyünü təsdiqləyir;

    7. sənədlərdə imzaların həqiqiliyini təsdiqləyir;

    8. sənədlərin Azərbaycan dilindən rus dilinə və rus dilindən Azərbaycan dilinə tərcümələrinin düzgünlüyünü təsdiqləyir;

    9. vətəndaşın yaşadığını, vətəndaşın harada isə olduğunu, vətəndaşın şəkildə təsvir olunmuşla eyniliyini təsdiqləyir;

    10. sənədlərin təqdim olunma tarixini təsdiqləyir;

    11. pul məbləqlərini və qiymətli kağızları depozitə qəbul edir;

    12. icra dərkənarlarını həyata keçirir;

    13. sənədləri saxlanmağa qəbul edir;

    14. sübutları təmin edir;

    15. dəniz protesti haqqında aktları həyata keçirir;

    16. Rusiya Federasiyasının qanunvericilik aktları tərəfindən nəzərdə tutulmuş bütün notarial hərəkətləri həyata keçirir.

    » Konsulluq şöbəsinə müraciət edərkən şəxsiyyəti və vətəndaşlığı təsdiqləyən sənədi təqdim edərək konsulluq şöbəsinin müdirinə imzalanmış lazımi notarial əməliyyatı göstərən ərizəylə şəxsən müraciət olunur.

    »  Notarial əməliyyatların qiyməti ilə “Konsul yığımlarının tarifləri” rubrikasında tanış olmaq olar.

     

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100