Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Xarici pasportun alınması

    Administrativ reqlamentə müvafiq olaraq (20.03.2009-cu ildə qüvvəyə minib) Rusiyanın Azərbaycandakı Səfirliyinin konsulluq şöbəsi Rusiya Federasiyasından kənarda Rusiya Federasiyası vətəndaşı pasportunun (xarici pasportun) rəsmiləşdirilməsi və verilməsi üzrə dövlət funksiyasını həyata keçirir.

     

    14 yaşına çatmış xaricdə yaşayan, həmçinin konsulluğun qeydiyyatında olan Rusiya vətəndaşları tərəfindən pasportun verilməsi üçün təqdim olunmuş ərizələrin Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq departamentinə göndərilməsi administrativ reqlamentə görə zəruridir.

     

    Vaxtı keçmiş xarici pasport Rusiya vətəndaşının şəxsiyyətini təsdiqləyən sənəd sayılmır. Nəzərinizə çatdırırıq ki, Rusiya vətəndaşının şəxsiyyətini təsdiq edən əsl sənəd olmadıqda (məsələn, əgər xariçi pasportun vaxtı keçib, itirilib və ya ona hansısa zərər yetirilib), ərizə verənin Rusiya vətəndaşlığı yoxladıldıqdan sonra xarici pasportun verilməsi haqda ərizə qəbul olunur. İtirilmiş sənədə əvəz olaraq xarici pasportun verilməsi haqda ərizəyə ərizə verənin pasportunun itirilməsi haqqında müraciətini təsdiqləyən yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş sənəd (protokol, arayış və s.) əlavə olunur.

     

    Rusiya vətəndaşının əsl daxili pasportu olmadıqda, vaxtı keçmiş itirilmiş xarici pasportun əvəzinə rəsmiləşdirilməsi Rusiya vətəndaşlığı təsdiq olunma faktına əsasən həyata keçirilir.

     

    Yeni xarici pasportun rəsmiləşdirilmə müddəti konsulluq şöbəsinə lazımi sənədlərin təqdim olunduğu andan 3 aya yaxın təşkil edir.

     

    Xarici pasportun rəsmiləşdirilməsi yalnız ərizə verənin konsulluq şöbəsinə şəxsi müraciətindən sonra həyata keçirilir.

     


    DİQQƏT!

     

    Yeni xarici pasportun rəsmiləşdirilməsi üçün sənədlər əvvəlki pasportun istifadə vaxtına yarım il qalmış qəbul olunur.

     

    Konsulluq yığım tariflərinə müvafiq olaraq aşağıdaki məbləqdə dövlət rüsumları (konsulluq yığımı) müəyyən olunub:

     

    - 31,5 manat – xarici pasportun verilməsi üçün;

     

    - 10,5 manat – həddi-buluğa çatmamış RF vətəndaşına (14 yaşına qədər) xarici pasportun verilməsi üçün;

     


     

    SƏNƏDLƏRİN SİYAHISI

     

    Xarici pasportun rəsmiləşdirilməsi üçün 18 yaşına yetmiş Rusiya Federasiyasının vətəndaşı konsulluq şöbəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

     

    1. Xarici pasportun rəsmiləşdirilməsi üçün müəyyən olunmuş nümunəyə əsasən doldurulmuş ərizə (bax əlavə №1)

     

    Ərizə elektron-hesablama texnikası vasitələrinin köməyi ilə və yaxud əllə səliqəli (çap hərfləri ilə) yazılır. Ərizədə göstərilmiş məlumatlar dolğun olmalıdır. Heç bir şəkildə düzəlişlər etməyə icazə verilmir.

     

    2. 35x45 mm ölçüdə mat kağızda, açıq fonda, rəngli, sifət cizgiləri dəqiq anfas görünüşlü, papaqsız şəxsi fotoşəkil. Daimi eynək taxan şəxslər rəngsiz şüşəli eynəklə şəkil çəkdirməyi həmçinin uşaqların ayrı-ayrı şəkilləri (əgər ərizə verən onlara pasport verilməsini xahiş edirsə) mütləqdir:

     

    -6 ədəd

     

    3. Rusiya Federasiyası vətəndaşlığını təsdiqləyən əsas sənəd (qüvvədə olan):

     

    -хarici pasport - əsli və surəti 3-cü və şəkil olan səhifələr;

     

    -daxili pasport - əsli və surəti 2, 3, 5 - ci səhifələr

     

    4. Xarici vətəndaşın Azərbaycan ərazisində qeydiyyatı haqda sənəd, onun notariusda təsdiq olunmuş rus dilinə tərcüməsi (Azərbaycanda daimi yaşayanlar üçün – Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi);

     

    5. Soyadı dəyişdirildikdə müəyyən olunmuş nümunəyə əsasən müvafiq sənəd əlavə olaraq təqdim olunur (nigahın bağlanılması/pozulması haqda şəhadətnamə, VVAQ orqanlarından soyadın, adın, atasının adının dəyişdirilməsi haqda arayış – əsli və notariusda təsdiq ounmuş surəti). Əgər sənəd xarici dildədirsə, həmçinin sənədin notariusda təsdiq olunmuş rus dilinə tərcüməsi təqdim olunur.

     

    6.Dövlət rüsülünün ödənilməsi haqda sənəd – Rusiya Federasiyası qanunvericiliyi ilə müəyyən olunmuş konsulluq yığımı. Qəbz konsulluq şöbəsinin xəzinədarlığında pasportun rəsmiləşdirilməsi üçün konsulluq rüsulu ödənildikdən sonra verilir.

     
     


    DİQQƏT!

     

    Təqdim olunmuş sənədlərin, məlumatların və şəkillərin həqiqiliyinə görə ərizə verən Rusiya Federasiyasının qanunvericiliyində müəyyən olunmuş qaydalara əsasən məsuliyyət daşıyır.

     

    Valideynin Rusiya xarici pasportuna RF vətəndaşı olan həddi-buluğa çatmamaış uşaq (14 yaşına qədər) haqqında da məlumat əlavə oluna bilər. Bunun üçün aşağıdakı sənədlər təqdim olunur:

     

    1. 14 yaşına çatmamış uşağın doğum haqqında şəhadətnaməsi, Rusiya Federasiyası qanunvericiliyi tərəfindən müəyyən olunmuş uşağın Rusiya Federasiyası vətəndaşlığını təsiq edən sənədlər (doğum haqqında şəhadətnamədə ştamp, və yaxud Rusiya vətəndaşlığının mövcudluğu haqda doğum haqqında şəhadətnaməyə əlavə). Əgər vətəndaşlıq Rusiyada rəsmiləşdirilib, lakin doğum haqqında şəhadətnamədə ştamp, və yaxud Rusiya vətəndaşlığının mövcudluğu haqda doğum haqqında şəhadətnaməyə əlavə yoxdursa Rusiya Federal Miqrasiya Xidmətlərindən RF vətəndaşlığını təsdiq edən cavab məktubu təqdim olunur;

     

    2.Valideynlərin pasportları (əsli və surətləri);

     

    3.Uşağın 2 ədəd 35x45 mm ölçüdə foto şəkilləri (rəngli, mat, açıq fonda);

     

    4.Valideynin 1 foto şəkli.

     

    Rusiya Federasiyasının daxili pasportu olan vətəndaşlar üçün:

     

    - Nigah bağlanıldıqdan sonra xarici pasportun yeni soyada dəyişilməsi RF vətəndaşı daxili pasportunun qeydiyyat ərazisi üzrə yenidən qeydiyyatdan keçməsindən sonra mümkündür. Vətəndaş yeni soyadla pasportu (daxili pasport dəyişdirildikdən sonra) həm qeydiyyat ərazisi üzrə yerli FMX orqanlarında, həmçinin Səfirliyin konsulluq şöbəsində ala bilər.

     

     

     

    HƏDDİ-BULUĞA ÇATMAMIŞ RF VƏTƏNDAŞI XARİCİ PASPORTUNUN RƏSMİLƏŞDİRİLMƏSİ

     
     

    Administrativ reqlamentə müvafiq olaraq Rusiya Federasiyasının vətəndaşına pasport 1 ayından başlayaraq 18 yaşına qədər valideynlərin birinin (övladlığa götürənin, qəyyumun və ya himayədarın) ərizəsinə uyğun olaraq verilir. 14 yaşından başlayaraq uşaqda ayrı xarici pasportun olması mütləqdir.

     

    Həddi-buluğa çatmamış uşağa pasportun rəsmiləşdirilməsi üçün ərizə verən konsulluq şöbəsinə aşağıdakı sənədləri təqdim edir:

     

    1. Valideynlərin biri tərəfindən (övladlığa götürənin, qəyyumun və ya himayədarın) müəyyən olunmuş nümunədə xarici pasportun rəsmiləşdirilməsi üçün ərizə. Ərizədə ərizə verən haqda məlumatlar 10-13 bəndlər doldurulmur, 14 bənddə isə pasport hansı şəxs üçün rəsmiləşdirilirsə ona aid məlumatlar göstərilir;

     
     

    2.Uşağın doğum haqqında şəhadətnaməsi, uşaqda Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmuş Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən sənəd (doğum haqqında şəhadətnamədə ştamp, və yaxud Rusiya vətəndaşlığının mövcudluğu haqda doğum haqqında şəhadətnaməyə əlavə). Əgər sənəd xarici dildədirsə, notariusda təsdiq olunmuş rus dilinə tərcuməsi təqdim olunur;

     
     

    3. 14 yaşından 18 yaşna qədər uşağın şəxsiyyətini təsdiq edən əsas sənəd:

     

    - RF-nin daxili pasportu - əgər uşaq Rusiyada daimi qeydiyyatdadırsa (əsli və surəti);

     

    - uşaq haqqında məlumatın daxil olduğu valideynin xarici pasportu, və yaxud əgər əvvəlcədən rəsmiləşdirilmişdirsə uşağın xarici pasportu (əsli və surəti);

     

    - valideynin daxili pasportu (və yaxud Azərbaycan vətəndaşının daxili pasportu və notariusda təsdiq olunmuş rus dilinə tərcuməsi).

     

    4. - uşağın 6 və ərizə verən valideynin 3 fotoşəkli (14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün)

     

    - uşağın 4 və ərizə verən valideynin 1 fotoşəkli (14 yaşına qədər olan uşaqlar üçün)

     
     

    Şəkillər 35x45 mm ölçüdə mat kağızda, açıq fonda, rəngli, sifət cizgiləri dəqiq anfas görünüşlü, papaqsız çəkilməlidir. Daimi eynək taxan şəxslər rəngsiz şüşəli eynəklə şəkil çəkdirməlidirlər.

     
     

    5. Əgər ərizə verən övladlığa götürəndirsə, övladlığa götürülmə haqqında məhkəmə qərarı təqdim olunur;

     

    6. Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmuş dövlət rüsumunun - konsulluq yığımının ödənilməsi haqqında sənəd. Qəbz konsulluq şöbəsinin xəzinədarlığında pasportun rəsmiləşdirilməsi üçün konsulluq rüsulu ödənildikdən sonra verilir.

     

     

     

    Əlavə:

     

    - ərizədə ərizə verənin soyadı, adı, atasının adı (həmçinin dəyişilənlər də), cinsi, doğulduğu tarix və yer, yaşadığı yer, işlədiyi (oxuduğu, xidmət etdiyi) yer göstərilməlidir;

     

    - 5-ci bənddə Rusiya Federasiyasında və ya Azərbaycanda (Azərbaycanda daimi yaşayanlar üçün) daimi yaşayış yeri (qeydiyyat) göstərilir;

     

    - 7-ci bənddə ərizə verənin xarici pasportunun məlumatları göstərilir;

     

    - 10-13-ü bəndlər doldurulmur, 14-ü bənddə isə pasportu rəsmiləşdirilən uşaq haqqında məlumatlar verilir;

     

    - 15-i bənddə əvvəlcədən ərizə verənin iş (oxuduğu) yeri tam adı (ixtisarsız) və təşkilatın yerləşdiyi ünvan göstərilir. Sonra uşağın hazırki vaxtda oxuduğu (işlədiyi) yer göstərilir. Əgər ərizə verən və uşaq oxumur və işləmir, hansı vaxtdan göstərilməli, sonra "müvəqqqəti oxumur (işləmir)” və hal-hazırda yaşadığı ünvan yazılmalıdır;

     

    - 16-ı bənddə ərizə verənin daxili pasportu haqqında məlumatlar verilir. Digər sənədlər haqqında məlumatlar göstərilmir (xana doldurulmur). Azərbaycanda müvəqqəti olan vətəndaşlar üçün daxili pasport haqqında məlumatların göstərilməsi vacibdir.

     


    DİQQƏT:

     

    "Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş” qanununda 2009-cu ildə aparılan dəyişikliklərə müvafiq olaraq vətəndaşların xahişi ilə verilən biometrik xarici pasportların istifadə dövrü 10 ildir.

     

    Bununla bərabər vətəndaşların arzusu ilə bu pasportlar istifadə müddəti 5 il olan adi ümumvətəndaş xarici pasportları ilə sənədləşə bilər.

     

    Hal-hazırda Azərbaycan ərazisində olan Rusiya vətəndaşları biometrik xarici pasportları yalnız Rusiya Federasiyasında rəsmiləşdirə bilərlər.

     

    Rusiyanın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsi beşillik xarici pasportları verməyi davam edəcək. Biometrik xarici pasportların verilməsi üçün sənəd qəbulu Konsulluq şöbəsində xüsusi texniki avadanlıq quraşdırılandan sonra həyata keçiriləcək (təqribən 2011-ci ildə).

     

     

    Xarici pasportun rəsmiləşdirilməsi üçün ƏRİZƏ BLANKI

     

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100