
DOROXİN VLADİMİR DMİTRİYEVİÇ
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri
Doğulduğu tarix və yer: 1948-ci il, Rusiya Federasiyası, Həştərxan vilayəti.
Təhsili: SSRİ XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, 1971-ci il
Peşəkar karyera:
2009-cu ildən bu günə kimi – Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfiri
2005-2009-cu illər - xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Federasiyasının XİN-i.
2001-2005-ci illər - Rusiya Federasiyasının Zambiya Respublikasında səfiri.
1998-2001-ci illər – Rusiya Federasiyası XİN-i, Mədəni Əlaqələr və UNESCO ilə İş üzrə Departamentin direktoru.
1990-1998-ci illər - SSRİ-nin (Rusiyanın) Macarıstandakı səfirliyinin müşaviri, müşavir-elçisi.
1984-1990-cu illər – Sov.İKP KP-da referent, qrup rəhbərinin müavini, şöbənin qrup rəhbəri, Beynəlxalq şöbə.
1977-1984-cü illər - SSRİ-nin Macarıstandakı səfirliyi, üçüncü, ikinci katib.
Bildiyi xarici dillər: macar, ingilis.
Ailə vəziyyəti: evlidir, 2 qızı var.
2009-cu il aprelin 2-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri haqqında etimadnaməsini Azərbaycan Respublikasının prezidenti İ. H. Əliyevə təqdim edib. |