5 iyun tarixində Bakıda “Böyük vətən müharibəsində Qələbədə Azərbaycanın rolu və əhəmiyyəti. Qələbənin 65 illiyinin qeyd olunmasında həmvətənlilər təşkilatlarının işi” mövzusunda konfrans keçirildi.
Konfrans Rusiya Səfirliyinin dəstəyi ilə Azərbaycan Rusiya həmvətənlilərinin Koordinasiya şurası və “Tuqan tel” Respublika tatar mədəniyyəti cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Tədbiri Azərbaycan Rusiya həmvətənlilərinin Koordinasiya şurasının sədri, “Tuqan tel” Respublika tatar mədəniyyəti cəmiyyətinin sədri Gülcan Myasoutova açaraq, öz çıxışında qeyd etdi ki, bizim ölkə Böyük Qələbənin tezləşdirilməsi üçün var gücü ilə çalışmışdır. Onun sözlərinə görə, Azərbaycanda Rusiya həmvətənlilərinin bütün təşkilatları bayram tədbirlərinin hazırlanmasında və keçirilməsində fəal iştirak etdilər.
Rusia Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etdi ki, müharibədə çoxmillətli sovet xalqı qalib gəlmişdir, Bakı neftinin Qələbədə boyük rolu olmuşdur. O, məmnuniyyətlə Qələbənin 65-illiyinin qeyd olunmasında Rusiya həmvətənlilərinin bütün təşkilatlarının fəal işini qeyd etdi.
Vladimir Doroxin xaricdə yaşayan həmvətənlilərin işləri üzrə Rusiya Federasiyası Dövlət komissiyasının rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılmasında, Rusiya və Azərbaycan arasında humanitar sahədə əlaqələrin zənginləşdirilməsində böyük roluna görə Azərbaycan rus icması və “Sodrujestvo”nun 8 fəal üzvlərinə fəxri fərmanlar təqdim etdi.
Rusiya XİN-in həmvətənlilərlə iş üzrə departamentinin direktoru Aleksandr Çepurin MDB Rusiya həmvətənliləri təşkilatlarının işi haqqında danışdı. O, qeyd etdi ki, onlar rus mədəniyyətinin, onun mənəvi dəyərlərinin təbliğində vacib iş aparırlar.