Cari ilin 9 iyun tarixində “Altun Saray” restoranında Azərbaycanda Rusiya Səfirliyi tərəfindən Rusiya Günü münasibətilə ziyafət verildi.
Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini Y.Eyyubov, Azərbaycan Respublikası Prezidenti İdarə heyətinin, nazirliklərin, idarələrin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda təyin edilmiş səfirlər və diplomatlar, aparıcı siyasi və dini xadimlər Azərbaycanda Rusiya biznesinin nümayəndələri, yaradıcı ziyalılar, Rusiya həmvətənliləri təşkilatlarının və KİV-nin rəhbərləri iştirak etmişlər.
Təbrllik nitqi ilə Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin çıxış etdi:
Hörmətli Yaqub Abdullayeviç!
Əziz qonaqlar!
İlk öncə icazə verin mənim və mənim xanımım Olqanın Rusiya Gününü qeyd edilməsi münasibətilə keçirilən tədbirə dəvətimizi qəbul etdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirim.
Rusiya Günü 12 iyun 1990-ci il tarixi ilə müəyyən olunub. Həmin gün Sovet Rusiyasının Ali Soveti – digər bir çox ittifaq respublikalarının ardınca – SSRİ tərkibində milli müstəqillik aktını qəbul etdi.
1991-ci ilin sonunda SSRİ süqut etdikdən sonra bu sənəd yeni Rusiya dövlətçiliyinin yaradılmasının hüquqi əsasını təşkil etdi. 1994-cü ildə bu gün milli bayram elan edildi. 1997-ci ildən Rusiya Günü kimi adlandırıldı.
Rusiyada bu günə qədər 20 il öncə düz ya səhf secimin edilməsi haqqında müzakirələr gedir. Məsələ ondadır ki, demokratiya yoluna, bazar iqtisadiyyatına keçid, insan hüquqlarının aliliyi üçün çox şeylər fəda olundu. Hər şey asand və sadə yolla alınmırdı. Lakin indi, dünyada baş verən ümumi böhrana baxmayaraq Rusiyada siyasi stabillik hökm sürür, iqtidisadi potensial artır, sosial proqramlar tam həcmdə yerinə yetirilir.
Bu illər ərzində əldə olunmuş nailiyyətlər imkan verir ümid edək ki, Rusiya tarixi qismətinə xas olan yolu artıq tutmuşdur, və ya artıq bu yoldadır.
Rusiya beynəlxalq hüquq və bərabər əməkdaşlıq prinsipinə əsaslanan dünyəvi intizamın tərəfdarıdır. Biz hər kəsin özünü təhlükəsiz hiss edəcəyi həyatın tərəfdarıyıq. Heç kimə inkişaf modellərini zorla qəbul etdirmirik, həyat dərsi vermirik. Yer kürəsində insanların həyatını rahat və stabil etmək yolunda dünyəvi problemlərin həlli üçün öz töhfəmizi verməyə hazırıq.
Rusiya diplomatiyasının nümayəndəsi kimi, mən fərəhlə qeyd edirəm ki, yeni Rusiyanın xarici siyasətinin uğurlarına Azərbaycanla indiki əlaqələri də şərtsiz aid etmək olar.
O qədər də asand sayılmayan şəraitdə başlayaq biz nəticədə strateji əməkdaşlığa nail olduq. Qarşılıqlı hörmət, bir birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini şərtsiz qəbul etmə bu əməkdaşlığın əsasını təşkil edir. Siyasi kontaktlar, iqtisadi əməkdaşlıq, Azərbaycanda rus dilinin geniş, mən deyərdim, təbii yayılmasına əsaslanan geniş humanitar əlaqələr hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir.
Sizi əmin edirəm ki, Rusiya gələcəkdə də var gücü ilə Azərbaycanla münasibətlərin möhkəmlənməsinə çalışacaq. Biz cənub sərhədlərimizdə güclü, stabil və inkişaf edən ittifaqın marağındayıq, və ona bu yolda uğurlar arzu edirik.
Hörmətli Yaqub Abdullayeviç, mən Sizi xüsusilə salamlamaq istəyirəm. Bizim bayram tədbirində Azərbaycan rəhbərliyinin belə yüksək nümayəndəliyi Moskva və Bakı arasında strateji əməkdaşlığın, Rusiya və Azərbaycan arasında münasibətlərin dostluq xarakterinin daha bir rəmzidir. Biz Sizin Azərbaycanın baş nazirinin birinci müavini və iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan dövlətlərarası komissiyasının həmsədri vəzifəsində bizim münasibətlərin möhkəmləndirilməsində göstərdiyiniz şəxsi səylərinizi yüksək qiymətləndiririk.
Bir daha Sizə ziyafətimizə gəldiyiniz üçün minnətdarlığımı bildirirəm, xoş gecə arzulayıram.
Y.Eyyubov Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin adından Rusiya xalqını milli bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin əsasını xalqlarımız arasında çoxəsirli tarixə malik dostluq münasibətləri təşkil edir.


