Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Olimpiada və yaradıcılıq müsabiqələrinin qalibləri – gənc həmvətənlilər üçün “Zolotoye kolso” (“Qızıl dairə”) şəhərləri üzrə səyahət
    Çap versiyası | Baxılıb 341

    SəfirlikHər il Rusiya Federasiyası xaricdə həmvətənlilərin dəstəyi proqramı çərçivəsində həmvətənlilər – Rusiya tarixi və mədəniyyəti üzrə olimpiada və yaradıcılıq müsabiqələrinin qalibləri üçün Rusiya Federasiyasının tarixi yerlərinə “Zdravstvuy Rossiya” (“Salam Rusiya”) tədris-təlim gəzintilərini təşkil edir.

    Cari ilin 11-19 avqust tarixlərində bir qrup (42 nəfər) 14-17 yaşlı azərbaycanlı uşaqlar “Zolotoye kolso” (“Qızıl dairə”) şəhərləri üzrə səyahət edəcəklər. Ekskursiyada Bakıda, Masallıda, Xaçmazda, İvanovkada, Qəbələdə, Zaqatalada “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən il ərzində keçirilən olimpiadaların qalibləri iştirak edəcəklər. Uşaqlar Moskva, Pereslavl-Zaleskiy, Rostov, Yaroslavl, Kostroma, Suzdal, Vladimir kimi şəhərlərdə olacaqlar. Tanınmış məbəd və kilsələrə, Moskva və Rostov kremllərinə və Rusiyanın digər görməli yerlərinə səyahət, teploxodda gəzinti nəzərdə tutulub.

    Səyahət Rusiya Səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən təşkil olunub.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100