Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Səfirliyində Tahir Salahovu alqışladılar
    Çap versiyası | Baxılıb 406

    Таир Салахов6 okryabr tarixində Rusiya Səfirliyində dahi Azərbaycan rəssamı Tahir Salahova həsr olunmuş rejissor Ziya Şıxlinskinin “Qəlbi ilə çəkən rəssam” filminin premyerası olmuşdur.

    Özü rəsm ustadı olan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayıb Tahir Teymur oğluna dərin hörmətini göstərərək, onu Rusiyanın dahi vətəndaşı, “eyni dərəcədə istedadlı, valehedici və əzəmətli əfsanəvi insan” adlandırdı. Rusiya Səfiri qeyd etdi ki, “Salahov kimi sülalələrin hesabına bizim ölkələr arasında münasibətlər bu günkü yüksək səviyyədə qalacaq”. V.Doroxin onu da qeyd etdi ki, Bakıda Rusiya Səfirliyi binasının inşasında da Salahov birbaşa iştirak etmişdir: ustadın şagirdləri onun şəxsi rəhbərliyi altında Səfirliyin nümayəndəlik otağı, Moskva zalını freskalar ilə bəzəmişlər.

    Ziya Şıxlinski isə öz çıxışında onu vurğuladı kı, haqqında sənədli film çəkdikdiyi istedadlar arasında Salahov ən möhtəşəm şəxsiyyətdir. Filmin fonu üçün dahi bəstəkar Qara Qarayevin müsiqisi istifadə olunmuşdur ki, 60-cı illərdə rəssamın çəkdiyi Q.Qarayevin portreti SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

    T.Salahov təşkil olunmuş tədbir üçün Səfirliyə öz minnətdarlığını bildirdi. T.Salahov filmi bəyəndiyini qeyd etdi, lakin həm an təshih etdi ki, filmi tamaşaçı qiymətləndirsə yaxşı olar.

    Rusiya Səfirliyində filmin premyerasında incəsənət xadimləri və diplomatik korpusun nümayəndələri sırasında həmçinin Azərbaycan Mədəniyyət Naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rəsulrza oğlu, MDU Bakı filialının rektoru Nərgiz Paşayeva, Bakının baş arxitektoru Akif Abdullayev, Müasir incəsənət Muzeyinin müdiri Altay Sadıqzadə, yazıçı Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Neymətov, İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak etmişlər.

     

    фильм о Таире Салахове

     

    фильм о Таире Салахове

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100