Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Heydər Əliyevin xatirəsinə
    Çap versiyası | Baxılıb 238

    Гейдар Алиев. Из фотоархива РИА-НовостиRusiyanın Azərbaycandakı Səfiri V.Doroxin 11 dekabr 2010-cu il tarixdə Bakı Dövlət Universitetində təşkil olunmuş “Heydər Əliyev. RİA–Xəbərlər fotoxronikasından” foto sərgidə iştirak etmişdir.

    BDU-nun rektoru A.Məhərrəmovun, “Yeni Azərbaycan” partiyasının sədr müavini A.Əhmədovun, ictimaiyyət nümayəndələrinin, professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən V.Doroxin qeyd etdi ki, H.Əliyev yalnız azərbaycanlılar üçün deyil, rusiyalılar üçün də görkəmli siyasi xadimdir.

    H.Əliyevin SSRİ rəhbərliyində yüksək dövlət vəzifələrində fəaliyyət göstərdiyi dövrdə Sovet İttifaqının həmin zaman qarşılaşdığı ən ciddi məsələlərin həllində məhs H.Əliyevə ümid bəslənilirdi. Doroxin qeyd etdi ki, bizim üçün H.Əliyev həmişə Rusiya və Azərbaycan arasında strateji partnyorluğun əsasını qoymuş siyasətçi kimi qalacaq.

    Rusiyanın Azərbaycandakı Səfirliyinin Bakıda RİA-Xəbərlər nümayəndəliyi ilə birgə təşkil etdiyi sərgi H.Əliyevin 1970-ci ildən 2002-ci ilədək həyat və fəaliyyətini əks edən 32 foto şəkildən ibarət idi.

    Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində RİTA-SİTA agentliyi baş direktorunun birinci müavini M.Qusmanın “Formula vlasti” proqramı silsiləsindən Heydər Əliyevlə müsahibəsi nümayiş olunmuşdur.

     

    фотовыставка

     

    Гейдар Алиев. Из фотоархива РИА-Новости

     

    Гейдар Алиев. Из фотоархива РИА-Новости

     

    Гейдар Алиев. Из фотоархива РИА-Новости

     

    “Heydər Əliyev. RİA–Xəbərlər fotoxronikasından”

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100