Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Cari ilin 16 dekabr tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfiri V.D.Doroxin Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirinin Birinci müavini R.H.Mirzəyevə Dostluq ordenini təqdim etdi
    Çap versiyası | Baxılıb 217

    МЧС АзербайджанаCari ilin 16 dekabr tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfiri V.D.Doroxin Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirinin Birinci müavini general-leytenant R.H.Mirzəyevə Dostluq ordenini təqdim etdi.

    R.H.Mirzəyev bu ordenlə Rusiya Federasiyası ərazisində meşə yanğınlarının ləğv edilməsi zamanı operativ şəkildə yüksək texnologiyanın təmin edilməsinə görə Rusiya Federasiyası Prezidentinin 11 oktyabr 2010-cu il tarixli əmrinə əsasən təltif olunmuşdur.

    Rusiyanın Səfiri öz çıxışında Rusiya və Azərbaycan arasında qarşılıqlı etimadın və anlaşmanın mövcudluğunu qeyd etdi. 2010-cu ilin yayında kütləvi meşə yanğınları zamanı Azərbaycanın bu ağır vəziyyətdə Rusiyaya kömək təqdim edənlərin ilk sıralarında olması bunu bir daha sübuta yetirdi.

    Təltif olunma Azərbaycan Fövqəladə hallar Nazirliyinin yaranmasının beş illiyinə həsr olunmuş təntənəli iclasda keçirildi. Tədbirdə Rusiya Fövqəladə hallar Nazirinin müavini V.A.Puçkovun rəhbərlik etdiyi Rusiya FHN-in nümayəndə heyəti iştirak etmişdir.

     

    МЧС Азербайджана

     

    МЧС Азербайджана

     

    МЧС Азербайджана

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100