Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrını 90-illiyi münasibətilə təbrik edir
Çap versiyası | Baxılıb 212
Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrını 90-illiyi münasibətilə təbrik edir.
Rus Dram Teatrının çoxillik fəaliyyəti və Azərbaycan İctimaiyyəti arasında yüksək tələbatı Azərbaycanda rus ədəbiyyatına olan dərin marağın bariz nümunəsidir. Bu marağın qorunub saxlanılması iki ölkənin xalqlarının mənəvi zənginləşməsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi faktorlarından biridir.
Rus dram Teatrının səhnəsində yalnız Azərbaycan tamaşaçısını sevindirən deyil, bütün rus teatr incəsənətini zənginləşdirən tamaşalar səhnələşdirilmişdir. Sizin tamaşalara yüksək üslub və ustalıq xasdır. Siz dünyada fəaliyyət göstərən bütün rusdilli teatrlar üçün nümunəsiz.
Rusiya teatr məktəbinin zəngin ənənələrinin yayıcısı olan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivinə yeni yaradıcı uğurlar və hər cür əmin-amanlıq arzu edirik.
V.Doroxin




Digər xəbərlər: