20 dekabr tarixində Rusiyanın Azərbaycandakı səfirliyində 2010-cu ildə Rusiya-Azərbaycan münasibətləri haqqında yüksəkixtisaslı materialların hazırlanmasına görə Azərbaycan müxbirlərinin mükafatlandırılması keçirilmişdir.
Tədbirdə Azərbaycan kütləvi informasiyalar vasitələrinin rəhbərləri və aparıcı müxbirləri iştirak etmişlər.
Tədbir iştirakçıları qarşısında Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin çıxış edərkən Azərbaycan müxbirlərinə Rusiyaya, Rusiya-Azərbaycan münasibətlərinə, Rusiyanın Azərbaycandakı Səfirliyinin tədbirlərinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirdi. O, jurnalistlərin bu mövzuya obyektiv və peşəkar yanaşmalarının vacibliyini vurğuladı. Fikir azadlığının ifadəsi faktlara və real həqiqətə hörmətsizliyə əsaslana bilməz.
14 Azərbaycan jurnalistinə “Azərbaycan kütləvi informasiyalar vasitələrində Rusiya-Azərbaycan münasibətləri haqqında yüksəkixtisaslı materialların hazırlanmasına görə” xatirə diplomları və rəğbətləndirici premiyalar təqdim olundu.
O cümlədən:
1. Bəhrəm Batıyev – «Vesti.az» agentliyinin müxbiri
2. Boris Lyaşko – “Azərbaycan televiziyası və radiosu” QSC-in müxbiri
3. Ceyhun Quliyev – “Azərbaycan televiziyası və radiosu” QSC-in baş redaksiyasının baş direktoru
4. İrina Parfenova – “Novoye vremya” qəzetinin müxbiri
5. İrina Xalturina – “Kaspi” qəzetinin müxbiri
6. Kamilla Əliyeva – “Nedelya” qəzetinin müxbiri
7. Laçın Sultanova – “APA” agentliyinin müxbiri
8. Liya Bayramova – «Zerkalo»nun müxbiri
9. Nəcəf Həsənov – “Xəzər” teleşirkətinin şef-redaktoru
10. Nigar Əliyeva – “Mir” Beynəlxalq teleradio şirkətinin baş redaktoru
11. Rafiq Niyazoğlu – “Kaspi” qəzetinin müxbiri
12. Teymur Atayev – politoloq, ekspert
13. Ülkər Nəbiyeva – “525” qəzetinin müxbiri
14. Eleanora Abasquliyeva – “Azerbaydjanskiye izvestiya” qəzetinin müxbiri


Fotolent