24 dekabr 2010-cu il tarixdə Rusiyanın Azərbaycandakı Səfirliyində “İlin ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” və “Rus dili tədrisinin təşkilinə görə ilin ən yaxşı məktəbi” müsabiqələri qaliblərinin mükafatlandırılması keçirilmişdir.
Bakı şəhəri və Azərbaycan regionlarının məktəbləri arasında keçirilən müsabiqələr Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya Səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən keçirilmişdir. Bu müsabiqələrdə 50-dən artıq məktəb iştirak etmişdir. Qaliblərin müəyyən olunmasında şagirdlərin hazırlığı, onların rus dili və ədəbiyyatından keçirilən bilik yarışlarında iştirakı qiymətləndirilmişdir.
Təbrik nitqi ilə Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin çıxış etdi.
“Rus dili tədrisinin təşkilinə görə ilin ən yaxşı məktəbi” müsabiqəsinin qalibləri:
- 20 №-li məktəb, Bakı şəhəri
- 95 №-li məktəb, Bakı şəhəri
- 11 №-li məktəb, Sumqayıt şəhəri
- 160 №-li Klassik Gimnaziya, Bakı şəhəri
- 145 №-li məktəb, Bakı şəhəri
- Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi, Bakı şəhəri
- 2 №-li məktəb, Şamaxı şəhəri
- 8 №-li məktəb, Xaçmaz şəhəri
- H.Əliyev adına İvanovka kənd orta məktəbi
“İlin ən yaxşı rus dili və ədəbiyyatı müəllimi”müsabiqəsinin qalibləri:
- Abbasova Sona Allahyar qızı – 95 №-li məktəb, Bakı şəhəri
- Allahverdiyeva Mətanət Cavanşir qızı – 2 №-li məktəb, Şamaxı şəhəri
- Deneqina Svetlana Alekseyevna – 63 №-li məktəb, Bakı şəhəri
- Kərimova Naibə Kamil qızı – BSU-nun Məktəb-Lisey Kompleksi, Bakı şəhəri
- Krupina Qalina Valentinovna – 11 №-li məktəb, Sumqayıt şəhəri
- Naftaliyeva Kəmalə Kamas qızı – 8 №-li məktəb, Xaçmaz şəhəri
- Popova İrina Vasilyevna – 145 №-li məktəb, Bakı şəhəri
- Şeqlova Polina Nikolayevna – H.Əliyev adına İvanovka kənd orta məktəbi
- Əfəndiyeva Leyli Əfsun qızı – 160 №-li Klassik Gimnaziya, Bakı şəhəri.


