Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Böyük vətən müharibəsi veteranı A.A.Qritçenkoya “Pobeda” (“Qələbə”) təşkilati komitənin stolüstü medalını təqdim etdi
    Çap versiyası | Baxılıb 211

    Cari ilin 28 dekabr tarixində Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Azərbaycan Respublikası bir polkda qulluq edən müharibə veteranları bölməsinin sədr müavini, Azərbaycan Xəzər flotiliyası və hərbi donanmanın veteranlar şurasının sədri Böyük vətən müharibəsi iştirakçısı 1-ci drəcəli ehtiyyat kapitanı A.A.Qritçenkoya Rusiya Federasiyası prezidentinin rəhbərliyi ilə “Pobeda” (“Qələbə”) Rusiya təşkilati komitəsinin təsis etdiyi “1941-1945-ci ilərdə Böyük vətən müharibəsində qələbənin 65 illiyi” stolüstü medalını təqdim etdi.

    Tədbirdə Azərbaycan Respublikası müharibə, əmək, hərbi qüvvələr və hüquq orqanlarının veteranlar şurasının, Leninqrad blokadası İctimai birliyin, Azərbaycan Rusiya həmvətənliləri təşkilatlarının koordinasiya şurasının üzvləri iştirak edirdilər.

    A.A.Qritçenko 3 yanvar 1922-ci ildə Dnepropetrovsk şəhərində anadan olmuşdur. 1940-ci ildə Qara dəniz donanmasına hərbi xidmətə çağırılmışdır. Böyük vətən müharibəsini ilk günündən son gününədək keçib.

    Qızıl bayraq ordeni, İkinci dərəcəli vətən müharibəsi, iki Qırmızı ulduz, iki “Qazanılmış uğurlara görə” medal, sovet və xarici medallarla təltif olunub. Ali baş komandanın adından 15 təşəkkürə, “Əməkdar incəsənət xadimi” (1960-cı il), “Əməkdar təbliğatçı” (1990-cı il) fəxri adlara layiq görülmüşdür. “Qızıl qələm” mükafatı (1986-cı il) və diğər mükafatlarla təltif olunub. Vətənpərvərlik mövzusunda 50-dən artıq kitab, 100 kitabça, plakat və vərəqə müəllifidir.

    Hal-hazırda tarixin saxtalaşdırılması əleyhinə fəal fəaliyyət aparır, müxtəlif xatirə günləri və Böyük vətən müharibəsi qəhrəmanları haqqında mühazirələr oxuyur, bu mövzuda kitablar nəşr edir.

    “Pobeda” (“Qələbə”) təşkilati komitənin stolüstü medalı ilə təltif olunmuşdular:

    - Azərbaycan Respublikası Prezidenti İ.Əliyev,

    - Azərbaycan Respublikası müharibə, əmək, hərbi qüvvələr və hüquq orqanlarının veteranlar şurası (1964-cü ildə yaranıb, 20 minə yaxın müharibə və əmək vetranını birləşdirir),

    - Leninqrad blokadası İctimai birlik (2001-ci ildən müstəqil təşkilat kimi qeydə alınıb, 15 blokada iştirakçısını birləşdirir),

    - Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş tədbirin hazırlanıb keçirilməsində böyük səy göstərmiş Nərimanov rayonu İcra hakimiyyətinin başçısı A.Fərzəliyev,

    - Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi.

     

    A.A.Qritçenko

     

    A.A.Qritçenko

     

    A.A.Qritçenko

     

    A.A.Qritçenko

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100