Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin Qafqaz müsəlmanları İdarəsinin Sədri Şeyx-Ül-İslam Allahşükür Paşa-zadə ilə görüşmüşdür
Çap versiyası | Baxılıb 201
Cari ilin 17 yanvar tarixində Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin Qafqaz müsəlmanları İdarəsinin Sədri Şeyx-Ül-İslam Allahşükür Paşa-zadə ilə görüşmüşdür.
Səfir Allahşükür Paşa-zadəyə Rusiyanın bir-neçə şəhərlərində millətlərarası ziddiyətlər zəminində baş vermiş hadisələrlə bağlı 20 dekabr 2010-cu il tarixli müraciətnaməsində əks olunmuş məsələlərə göstərdiyi diqqətə görə Rusiya Federasiyası Prezidenti D.A.Medvedevin minnətdarlığını bildirdi.
Səfir ekstremizm və dini radikalizm təzahürləri ilə mübarizədə Rusiya tərəfinin Qafqaz müsəlmanları İdarəsi və Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlığa hazır olduğunu təsdiq etdi.
Digər xəbərlər: