Cari ilin 22 yanvar tarixində Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri S.N.Narışkin, Rusiya Federasiyası Prezidentinin MDB-yə üzv olan ölkələrlə əlaqələr üzrə xüsusi nümayəndə və Rossotrudniçestvonun rəhbəri F.M.Muxametşın, Rusiya Federasiyası Prezidentinin köməkçisi D.R.Pollıyeva, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi M.Y.Şvıdko, Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin, RİTA-TASS baş direktorunun birinci müavini M.S.Qusman, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Y.İ.Pivovar Bakı şəhəridə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni binasının açılışı mərasimində iştirak etmişlər. Azərbaycan tərəfdən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri R.E.Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Siyasət şöbəsinin rəhbəri F.Q.Abdullazadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər üzrə şöbəsinin müdiri Ə.M.Həsənov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Ə.M.Qarayev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri A.A.Rəhimov, Azərbaycanın Rusiyadakı Səfiri P.B.Bülbüloğlu, Azərbaycan Respublikasında MDB ölkələrinin səfirləri, digər dövlət və ictimai xadimlər işyirak etmişlər.
S.Y.Narışkin öz çıxışında RİMM-in yeni binasının açılışının mühüm rolunu vurğulayaraq, qeyd etdi ki, iki ölkə arasında elmi, mədəni, təhsil əlaqələri və informasiya və gənclər mübadiləsinin genişlənməsinə şərait yaradacaq. O, Azərbaycan hökuməti nümayəndələrinə Rossotrudniçestvo layihələrini dəstəklədiklərinə görə ninnətdarlığını bildirdi.
R.E.Mehdiyev öz cavab nitqində Azərbaycanda Rusiya tarixi, mədəniyyəti və elminə olan marağı xüsusi qeyd edərək, vurğuladı ki, RİMM-in fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına daha da təsir edəcək.
Simvolk “qırmızı lenti” kəsdikdən sonra hər iki ölkənin Prezident Administrasiyasının rəhbərləri müasir avadanlıq, texnika və apparatura ilə təchiz olunmuş RİMM-in yeni beşmərtəbəli binası ilə tanış oldular, konsert, sərgi, konfrans zalları, həmçinin kitabxananı seyr etdilər.
Yüksək qonaqların iştirakı ilə RİMM-in Rus dilinin tədris-metodiki mərkəzi və İnnovasiya əməkdaşlığı mərkəzinin açılışı oldu. Həmçinin qonaqların diqqətinə Rusiya Dövlət Muzeyinin multimediya layihəsi ( “Rusiya muzeyi: virtual filialı” informasiya-tədris mərkəzi) və B.N.Yeltsin adına Prezident kitabxanasının elektron oxu zalı layihələri də təqdim olundu. RİMM-in kitabxanasına hədiyyə olunmuş Rusiya kitab nəşrləri Assosiasiyasının ən yaxşı nəşrlərinin sərgisi keçirildi.
Tədbir iştirakçıları üçün sərgi zalında plazma panellərdə “Y.Qaqarinin uçuşunun 50-illiyinə”, “”Skolkovo” layihəsi”, “ROSNANO, Rusiya nanotexnologiyaları”, “Qazan şəhərində Universiada - 2013”, “Soçi - 2014” müasir Rusiya layihələri nümayiş etdirilmiş, “Rusiya – Azərbaycan: əməkdaşlıq üfüqləri”, “Xalq diplomatiyasının 85-illiyi. “Beynəlxalq humanitar əməkdaşlığın inkişafinda xalq diplomatiyasının rolu” beynəlxalq ictimai forum (Moskva, 16-17 dekabr 2010-cu il)”, “VOKS-SSOD-Posszarubejsentr-Rossotrudniçestvo” foto sərgiləri keçirilmişdir. Rusiyada təhsil almış Azərbaycan təsviri incəsənət və heykəltaraşlıq ustalarının əl işləri nümyiş etdirilmişdir ki, nümayəndələrin çoxu Rusiya İncəsənət Akademiyasının üzvüdür. Simli kvartetin ifasında klassik musiqi səslənmişdir.
RİMM-in fəaliyyətinin əsasını Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökumətinin informasiya-mədəniyyət mərkəzlərinin təşkili və fəaliyyəti haqqında razılaşması təşkil edir. 2009-cu ilin 12 mart tarixində Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açılmışdır. Mərkəzin yeni binasının açılışı isə Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə aparan daha bir addımdır.
Mədəniyyət mərkəzinin fəaliyyəti Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı, ikitərəfli mədəni, təhsil, elmi-nexniki proqramlarla, işgüzar əlaqələrlə tanış etməkdən, rus dilinin tədrisinin, qeyri dövlət təşkilatları və dostluq cəmiyyətlərini dətəkləmədən ibarətdir.
Играет струнный квартет в выставочном зале
Посол Российской Федерации в Азербайджанской Республике В.Д.Дорохин, Руководитель Администрации Президента Азербайджанской Республики Р.Э.Мехтиев, Руководитель Администрации Президента Российской Федерации С.Е.Нарышкин, Руководитель Россотрудничества Ф.М.Мухаметшин
Выступает Руководитель Россотрудничества Ф.М.Мухаметшин
Выступает Руководитель Администрации Президента Российской Федерации С.Е.Нарышкин
Выступает Руководитель Администрации Президента Азербайджанской Республики Р.Э.Мехтиев
Презентация электронного читального зала Президентской библиотеки им. Б.Н.Ельцина
За столом (слева направо): Руководитель Администрации Президента Азербайджанской Республики Р.Э.Мехтиев, Руководитель Россотрудничества Ф.М.Мухаметшин, Руководитель Администрации Президента Российской Федерации С.Е.Нарышкин, стоят (слева направо): Посол Республики Казахстан в Азербайджанской Республике С.Д.Примбетов, председатель Общества дружбы «Россия-Азербайджан» Е.И.Пивовар, руководитель представительства Россотрудничества Казахстан в Азербайджанской Республике Э.М.Шейхов.