Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanasının kitablarının Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə verilməsi haqqında
    Çap versiyası | Baxılıb 432

    SəfirlikCari ilin 8 fevral tarixində Bakı şəhərində Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasının kitablarının Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə verilməsi mərasimində iştirak etmişdir.

    Prezident kitabxanasının müdiri M.Əhmədov Azərbaycanın tarixi, iqtisadiyyatı və mədəniyyəti haqqında 150-dən artıq kitab və 5 elektron verilənlər bazanı, həmçinin müxtəlif dillərdə olan Azərbaycanın ümummilli lideri H.Əliyev və Prezidenti İ.Əliyev haqqında kitabları RİMM-in rəhbəri Ə.Şeyxova təqdim etmişdir.

    Səfir öz çıxışında Azərbaycan Prezidenti Administrasiyasına və Prezident kitabxanasının rəhbərliyinə RİMM-im kitabxana fondunun zənginləşdirilməsinə görə minnətdarlığını bildirərək, bu hədiyyənin hazırki Azərbaycan-Rusiya münasibətlərinin yaxşı əlaməti kimi qiymətləndirmişdir.

    Tədbir zamanı V.Doroxin 19-21 noyabr 2010-cu il tarixlərdə “Rus dili (2006-2010-cu illər) Federal məqsəd proqramı” çərçivəsində RİMM-də keçirilmiş rus dilində olan informasiya ehtiyatlarının istifadəsi üzrə seminarda təlim keçmiş Respublikanın aparıcı kitabxanalarının əməkdaşlarına serifikatlar təqdim etmişdir.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100