23 fevral tarixində Rusiyanın Azərbaycandakı Səfirliyində Vətənin müdafiəçisi günü qeyd olundu.
Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin, Müharibə, əmək, hərbi qüvvələr və hüquqi orqanlar veteranlarının Azərbaycan Respublika Şurasının, Leninqrad blokadası iştirakçılarının İctimai birliyinin nümayəndələri, Azərbaycanda akreditə olunmuş səfir və diplomatlar, Azərbaycan Rusiya həmvətənliləri təşkilatlarının koordinasiya şurasının üzvləri iştirak etmişlər.
Təbrik nitqi ilə Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin çıxış edərək qeyd etdi ki, Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlıq gələcəkdə də Rusiya və Azərbaycanın milli maraqlarının təmin olunmasına qulluq edəcək.
Vətənin müdafiəçisi günü münasibətilə tədbir iştirakçılarını həmçinin Müdafiə nazirinin müavini general-leytenant Ç.Məmmədov təbrik etdi.