Cari ilin 9-10 mart tarixində Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin Azərbayca bölgələrinə (Gəncə şəhəri, Tovuz və Qazax rayonları) səyahət etmişdir. İcra Hakimiyyəti başçıları E.Vəliyevlə, T.Zeynalovla, R.Hüseynovla görüşlərdə Azərbaycan bölgələrinin inkişafı haqqında məsələlər və onların Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsində yeri müzakirə olunmuşdur.
V.Doroxin “Azrosprominvest” bentonit emalı üzrə müştərək müəssisədə (Qazax rayonu) və həmçinin bir sıra digər Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı istehsalat obyektlərində olmuşdur.
Səfir təlim rus dilində olan Gəncə şəhəri 4 №-li məktəbin müəllim və şagirdləri ilə görüşmüşdür. Şəhərdə məktəb təhsilinin rus dilində alınmasına olan marağın qorunub saxlanılmasından danışılmışdır.
Məktəb kitabxanasına tədrisi-metodiki və bədii ədəbiyyat hədiyyə olunmuşdur.