“Avrasiya tədqiqatları İnstitutu” İnkişaf fondu Rusiya qeyri hökumət təşkilatı və Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda Yuriy Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş tədbirlər təşkil edib.
Cari ilin 5 aprel tarixində Bakı Slavyan Universitetində Rusiyanın təyyarəçi-kosmonaftı M.Surayevlə görüş keçirilmişdir. Görüşdə Rusiya kosmonaftı ilə gəlmiş Dövlət Dumasının deputatı V.Malaşenko və Rusiya kosmos sektoru təşkilatlarının nümayəndələri iştirak etmişlər.
M.Surayev kosmosa uçuşu ilə bağlı filmi təqdim edərək, maraqlı təsuratları ilə bölüşdü. Qonaqlar tələbə auditoriyasının maraqlı suallarını cavablandırdılar.
Tədbirdə iştirak edən Rusiyanın Azərbaycandakı Səfiri V.Dorovin Universitetdə belə maraqlı görüşün keçirilməsinə imkan yaratmış Universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, belə qonaqların gəlişi Yuriy Qaqarinin kosmosa uçuşunun 50 illiyinin qeyd olunmasının şərəfli səhifəsi və Rusiya və Azərbaycan arasında olan dost münasibətlərin daha bir göstəricisidir.
Görüş zamanı Yuriy Qaqarinin xatirəsinə həsr olunmuş film nümayiş etdirilmişdir. BSU-nun Rusiya Mərkəzində Yer kürəsinin ilk kosmonaftı haqqında foto sərgi təşkil olunmuşdur.

