Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya-Azərbaycan mədəni əlaqələri foto RİTA-SİTA və AzərTAC –ın foto şəkillərində
    Çap versiyası | Baxılıb 166

    Cari ilin 6 aprel tarixində Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Məkəzində (RİMM) Azərbaycan Respublikasında Rusiya Fedrasiyası Səfirliyi tərəfindən “RİTA-SİTA” və “AzərTAC” informasiya agentliklərinin köməyi ilə “Rusiya-Azərbaycan mədəni əlaqələri RİTA-SİTA və AzərTAC –ın foto şəkillərində” adlı fotosərginin açılışı keçirilmişdir.

    Sərgi Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunur (cari ilin 4 aprel tarixi). Bu sərgidə hər iki ölkənin informasiya agentliklərinin ən yaxşı fotomüxbirlərinin işləri təqdim olunmuşdur. (Fotosərginin materialları Rusiyanın Azərbaycandakı Səfirliyinin saytının “Fotolenta” bölməsində yerləşdirilmişdir).

    Açılışda iştirak edən Rusiyanın Aərbaycandakı Səfiri V.Doroxin qeyd etdi ki, Rusiya və Azərbaycan arasında 19 il əvvəl qurulmuş diplomatik münasibətlər iki ölkə arasındakı münasibətlərdə yeni tarixi mərhələyə start vermişdir. Böyük məmnuniyyət hissi ilə demək olar ki, bu mərhələ pozitiv nəticələrlə keçilmişdir. Müstəqil inkişaf yoluna qədəm qoymuş Rusiya ilə Azərbaycan bir-birindən təcrid olmayıb, müxtəlif sahələrdə sıx əməkdaşlığın adekvat formalarını tapmışdır.

    Bu gün bir-birinin suverenliyinə hörmətə əsaslanan Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin əsas milli maraqlarına qulluq edir. Bu münasibətlərə milyonlarla rusiyalı və azərbaycanlı cəlb olunub. Bu münasibətlər regional stabilliyin faktorudur.

    Sərgi üçün seçilmiş Mədəniyyət mövzusu təsadüfi deyil. Dahi H.Əliyev deyirdi ki, “Rusiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlər və dostluq münasibətlərinin kökləri uzaq keçmişə gedir. Hələ dahi Nizami ölməz “Xəmsə”nin poemalarında “rus”ların həyatını, adət-ənənələrini dərin rəğbət hissi ilə təsvir etmiş, rus cəngavərlərini heyrətlə tərifləmişdir. “Yeddi gözəl” poemasında Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə, mənəvi təmizliyinə əsl himn yazmışdır. Rus poeziyasında rus torpağının böyük oğlu A.S.Puşkinin gözəl şerlərində Azərbaycan qadını – Şamaxı gözəlinin obrazı əbədiləşmişdir. Beləliklə, öz xalqının yaradıcı dahiliyini bütün dərinliyi və parlaqlığı ilə özündə əks edən iki gözəl sənətkar əsrlərdən süzülüb görüşmüşdür”.

    Başqa nümunələr də gətirmək olar. Görkəmli Azərbaycan alimi A.Bakıxanov A.Qriboyedovla dostluq edirdi. Rus şairi M.Y.Lermontov Azərbaycan tarixi ilə maraqlanır, Azərbaycan dilini öyrənirdi. D.Şostakoviç Q.Qarayevin və digər Azərbyacan bəstəkarlarının müəllimi olmuşdur. M.Mayakovskinin və S.Yeseninin yaradıcılığı Bakı ilə bağlıdır.

    Sərginin materialları sübut edir ki, mədəni əlaqələrin ən yaxşı ənənələri bu gün də davam edir. Niyazi, M.Rostropoviç, T.Salahov, R.Behbutov, R. və M. İbrahimbəyovlar, A.Məlikov, M.Maqomayev, P.Bülbül oğlu və digərlərinin adları Rusiya-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olmuşdur. Mədəni sahədə əməkdaşlıq təbii əsaslarla, iki ölkənin mənəvi və intellektual zənginliyi naminə inkişaf edir.

    Səfir ümid etdi ki, sərgi cari ilin 7-9 tarixlərində Bakıda keçiriləcək mədəniyyətlərarası dialoq Beynəlxalq forumunun tərkib hissəsi olacaq.

    Sərginin açılışında həmçinin “AzərTAC” Dövlət Teleqraf agentliyinin baş redaktoruY.Quluzadə çıxış etmişdir.

     

    Doroxin


    RIMM

     

    RIMM

     

    RIMM

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100