Rusiyanın Azərbaycandakı Səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyi Yuriy Qaqarinin kosmosa uçuşunun 50 illiyi ilə bağlı tədbirlər çərçivəsində təyyarəçi-kosmonaft Rusiya qəhrəmanı S.Y.Treşyovdan və Roskosmos nümayəndələrindən ibarən nümayəndə heyətinin Azərbaycana gəlişini təşkil etmişdir.
17 may tarixində Milli Aviasiya Akademiyasında Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxinin iştirakı ilə nümayəndə heyətinin Milli Elmlər Akademiyasının, Milli aerokosmik agentliyi nümayəndələri və tələbələrlə görüşü keçirilmişdir.
V.Doroxin öz çıxışında qeyd etdi ki, Qaqarinin kosmosa uçuşunun 50 illiyinin geniş qeyd olunması bizim müştərək keçmişimizi bir daha qiymətləndirməyə, SSRİ-də kosmik sahənin qurulmasında Azərbaycan alimlərinin və mütəxəssislərinin verdiyi töhvələri qeyd etməyə, yeni şəraitdə kosmosun öyrənilməsi sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunmasına imkan yaradır.
Görüşdə 2002-ci ildə ildə S.Y.Treşyovun iştirakı ilə keçirilən kosmik ekspedisiya haqqında film nümayiş olundu.
8 və 19 may tarixlərində qonaqlar Şamaxı və Qəbələ şəhərlərində olacaqlar. Burada ictimaiyyət və təhsil alan gənclərlə nümayəndələri ilə görüşlər təşkil olunacaq, tematik foto şəkil sərgiləri və kosmos haqqında dokumental film nümayiş olunmuşdur.