Günü şer oxumaqla başlamaqdan yaxşı heç bir şey ola bilməz. Və bizim Bakıda bu meydançada günümüzü rus dilində şerlə başlamağımız ikiqat xoş və riqqətlidir.
A.S.Puşkinin Bakıdakı abidəsinin 10 ili tamam oldu. 2001-ci ildə bu abidəni Heydər Əliyev açmışdır. Bura hazırlaşarkən mən onun açılışda səsləndirdiyi indi də aktual səslənən nitqi ilə tanış oldum.
H.Əliyev Puşkini “Azərbaycana doğma olan insan” adlandırmışdır. Bu, həqiqətən də belədir. Puşkin yaradıcılığı hələ XIX əsrdə Azərbaycan mütəfəkkirləri, alimləri və şairləri tərəfindən tədqiq olunmuş və öyrənilmişdir. Dahi Azərbaycan yazıçısı, şairi və filosofu M.F.Axundov ən qiymətli əsərlərindən birini - “Puşkinin ölümünə” əsərini yazmışdır. 1880-ci ildə Moskvada Puşkinin abidəsi qoyulanda, bu hadisəyə öz böyük şerini S.Şirvani yazmışdır. Bir çox digər adlar, faktlar və hadisələri nümunə çəkmək olar.
Puşkin poeziyasını xarici dillərə tərcümə etmək çətindir. Və Azərbaycanda bu şairi “doğma” kateqoriyasına çatdırılması, əlbəttə ki, çox şeydən bəhs edir.
Puşkinin abidəsi Azərbaycan müstəqilliyinin 10-illiyi qeyd olunduğu dövrdə açılmışdır. “Bu bayram günlərində Bakının mərkəzində Puşkinin abidəsinin qoyulması sübut edir ki, Azərbaycan müstəqil dövlət olaraq, milli müstəqilliyi əldə edərək, eyni zamanda bütün xalqlara, həmçinin keçmişdə sıx əlaqələri olan xalqlara hörmət edir”. Mən yenə də H.Əliyevin sözlərinə müraciət etdim.
Bu il Azərbaycan müstəqil dövlət kimi inkişafının 20 illiyini qeyd edir. Azərbaycanın ilk prezidentinin dediyi sözlər bu gün də reallaşır. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, A.Puşkin yaradıcılığına bu gün də qorunub saxlanılan maraq Rusiya-Azərbaycan tərəfdaşlığının uzunmüddətli faktorudur.