Cari ilin 8 iyun tarixində İnterfaks-Azərbaycan İnformasiya Agentliyində Rusiyanın Azərbaycandakı Səfirinin mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransını açaraq Səfir demişdir:
“12 iyun tarixində Rusiya milli dövlət bayramını – Rusiya gününü – qeyd edir.
12 iyun 1990-cı il tarixdə RSFSR Xalq deputatları qurultayı “RSFSR-in dövlət müstəqlliyi haqqında bəyannaməsini” qəbul etmişdir. Bununla Rusiya Federasiyası SSRİ tərkibində öz müstəqilliyi haqqında bəyanat verdi.
1994-cü ildə Rusiyanın Prezidenti 12 iyun tarixini dövlət bayramı kimi – Rusiyanın dövlət müstəqilliyi haqqında bəyannamənin qəbul olunduğu günü kimi – elan etdi. 1997-ci ildə bu bayramın adı dəyişilərək Rusiya günü adlandırıldı.
Yeni tarixi ölçüdə mövcud olduğu dövrdə Rusiya çətin yol keçmişdir. SSRİ qalığında bərqərar olmuş ölkəm az qala vətəndaş müharibəsinə yaxın kəskin siyasi konfrontasiya, sahibkarlığın inkişafına təkan vermiş, digər tərəfdən isə geniş kütlələrin yoxsulluğuna gətirib çıxaran radikal siyasi məsələlərin həlli, dövlətin süqutuna gətirib çıxara biləcək separatist təhlükələr dövrünü yaşamışdır.
Xoşbəxtlikdən, Rusiya cəmiyyəti adekvat siyasi yolu tuta bilmişdir. Son dövrlərdə Rusiya siyasi və iqtisadi sabitliklə səciyyələnir. İqtisadi böhrana baxmayaraq, bütün sosial proqramları qoruyub saxlamaq mümkün olmuş, və o qədər də çox olmayan rifahın yaxşılaşması təmin olunmuşdur. Bölgələrin müstəqilliyinə və güclü mərkəzi hakimiyyətə əsaslanan fedrativ sistem get gedə güclənir.
Rusiyada hələ də bir çox problem və çətinliklər qalmaqda davam edir, lakin biz hiss etməyə başlayırıq ki, düzgün yoldayıq.
Hal-hazırda dünya arenasında Rusiya bir tərəfdən öz imkanlarına uyğun, digər tərəfdən – dünya ictimaiyyətinin ümidlərini doğrulda bilən bir rolu aparır. Beynəlxalq hüquq və bərabər əməkdaşlıq prinsiplərinə əsaslanan dünyabaxışının tərəfdarıyıq. İdeoloji üstünlükləri və inkişaf modelləri qəbul etməyə heç kimi məcbur etmirik. Heç kimə yaşayış qaydalarını öyrətmirik. Yer kürəsində insanların həyatını daha firavan və sabit etmək üçün dünyəvi problemlərin həllinin zənginləşdirilməsini davam edəcəyik.
Rusiya-Azərbaycan münasibətləri haqqında bu gün məmnunluq hətta fərəh hissi ilə demək olar. Heç də asand olmayan şəraitdə başlayaraq, biz strateji əməkdaşlığa nail olmuşuq. Onun əsasını qarşılıqlı hörmət, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin şərtsiz tanınması təşkil edir.
2010-cu il Rusiya-Azərbaycan münasibətlərində əldə olunmuş vacib nəticələrlə səciyyələnir. Yüksək səviyyəli intensiv dialoq aparılıb.
Dövlət sərhəddi haqqında imzalanan müqavilə bir daha qarşılıqlı inamın, hər iki tərəfin kompromisə getməyə hazırlığının təcəssümü olmuşdur. Bakıda keçirilən Humanitar əməkdaşlıq məsələləri üzrə ilk Rusiya-Azərbaycan forumu Azərbaycanda rus dilinin geniş, mən deyərdim, təbii yayılmasına əsaslanan humanitar əlaqələrin dərinliyini nümayiş etdi.
2011-ci il də qarşılıqlı əməkdaşlıq miqyasının inkişafı ilə səciyyələnir. Biz yüksək səviyyədə keçiriləcək görüşləri gözləyirik. Qeyri neft sektorunda Rusiya Azərbaycanın əsas ticari-iqtisadi partnyoru olaraq qalır. Beş ay ərzində iki ölkə arasında ticarət dövriyyəsi 70%-dək artıb. Bizim bu il yeni ticarət rekordunun əldə edilməsinə əsasımız var. Humanitar sahədə tədbirlər keçiriləcək ki, hansılar, əmin ola bilərik, hər iki ölkənin mənəvi həyatını zənginləşdirəcək.
ATƏT-in Minsk qrupu İdarə heyətinin üzvü kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya Federasiası səylə çalışır. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində ciddi danışıqlara ümid yaranıb və Rusiya bu ümidin doğrulması üçün əlindən gələni edəcək.
Rusiya gələcəkdə də Azərbaycanla tərəfdaşlığın möhkəmlənməsi uğrunda səylə çalışacaq. Biz öz cənub sərhəddimizdə güclü, sabit, zəngin qonşu marağındayıq və bu sahədə ona uğurlar arzulayırıq. Bir daha dəvətimizi qəbul etdiyinizə görə minnətdarlığımızı bildirir, xoş ziyafət arzu edirik”.
Sonda Səfir müxbirlərin suallarını cavablandırdı.