Cari ilin 9 iyun tarixində Rusiyanın Azərbaycandakı Səfirliyi Rusiya günü münasibətilə ziyafət təşkil etmişdir.
Tədbirdə Ədliyyə naziri F.Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, nazirliklərin və idarələrin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatlar, aparıcı siyasi və dini xadimlər, Rusiya biznesinin Azərbaycandakı nümayəndələri, yaradıcı ziyalılar, Rusiya həmvətənliləri təşkilatlarının və KİV-nin rəhbərləri iştirak etmişlər.
Ziyafətdə Rusiyanın Azərbacandakı Səfiri V.Doroxin çıxış etmişdir.
“Hörmətli Fikrət Fərruxoviç!
Əziz qonaqlar!
İlk növbədə icazə verin Sizə mənim və xanımım Olqanın Rusiya günü münasibətilə keçirilən tədbirə dəvətimizi qəbul etdiyinizə görə minnətdarlığımı bildirim.
12 iyun 1990-cı il tarixdə RSFSR Xalq deputatları qurultayı “RSFSR-in dövlət müstəqlliyi haqqında bəyannaməsini” qəbul etmişdir. Bununla Rusiya Federasiyası SSRİ tərkibində öz müstəqilliyi haqqında bəyanat verdi.
Yeni tarixi ölçüdə mövcud olduğu dövrdə Rusiya çətin yol keçmişdir. SSRİ qalığında bərqərar olmuş ölkəm az qala vətəndaş müharibəsinə yaxın kəskin siyasi konfrontasiya, sahibkarlığın inkişafına təkan vermiş, digər tərəfdən isə geniş kütlələrin yoxsulluğuna gətirib çıxaran radikal siyasi məsələlərin həlli, dövlətin süqutuna gətirib çıxara biləcək separatist təhlükələr dövrünü yaşamışdır.
Xoşbəxtlikdən, Rusiya cəmiyyəti adekvat siyasi yolu tuta bilmişdir. Son dövrlərdə Rusiya siyasi və iqtisadi sabitliklə səciyyələnir. İqtisadi böhrana baxmayaraq, bütün sosial proqramları qoruyub saxlamaq mümkün olmuş, və o qədər də çox olmayan rifahın yaxşılaşması təmin olunmuşdur. Bölgələrin müstəqilliyinə və güclü mərkəzi hakimiyyətə əsaslanan fedrativ sistem get gedə güclənir.
Rusiyada hələ də bir çox problem və çətinliklər qalmaqda davam edir, lakin biz hiss etməyə başlayırıq ki, düzgün yoldayıq. Hal-hazırda dünya arenasında Rusiya bir tərəfdən öz imkanlarına uyğun, digər tərəfdən – dünya ictimaiyyətinin ümidlərini doğruldabilən bir rolu aparır. Beynəlxalq hüquq və bərabər əməkdaşlıq prinsiplərinə əsaslanan dünyabaxışının tərəfdarıyıq. İdeoloji üstünlükləri və inkişaf modelləri qəbul etməyə heç kimi məcbur etmirik. Heç kimə yaşayış qaydalarını öyrətmirik. Yer kürəsində insanların həyatını daha firavan və sabit etmək üçün dünyəvi problemlərin həllinin zənginləşdirilməsini davam edəcəyik. ATƏT-in Minsk qrupu İdarə heyətinin üzvü kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya Federasiası səylə çalışır. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində ciddi danışıqlara ümid yaranıb və Rusiya bu ümidin doğrulması üçün əlindən gələni edəcək.
Azərbaycanla əlaqələr Rusiya üçün böyük siyasi fəaliyyətdir. Heç də asand olmayan şəraitdə başlayaraq, böyük Heydər Əliyevin və prezident Vladimir Putinin müdrikliyi sayəsində biz strateji əməkdaşlığa nail olmuşuq.
Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksək dinamika və dolğunluğu ilə səciyyələnir. Onun əsasını prezidentlərin – D.A.Medvedevin və İ.Əliyevin aktiv şəxsi dialoqu təşkil edir. Bütün bu illərdə neft sektorunda Rusiya Azərbaycanın əsas ticari-iqtisadi partnyoru olaraq qalır. Milyonlarla şəxsin həyatına toxunan iqtisadi münasibətlər bu il yeni rekord səthlərə çatacaq. Rusiyanın çoxsaylı Azərbaycan diasporası haqqında da ürəkaçan sözlər demək istərdik ki, bu diasporanın mənim ölkəm üçün yaratdığı bir çox maddi dəyərlər iki dövlətin – Rusiyanın və Azərbaycanın - yaxınlaşmasının unukal faktoruna çevrilib. Humanitar əlaqələrin təbii xüsusiyyətini də qiymətləndiririk ki, o, Azərbaycanda rus dilinin geniş inkişafina və Rusiyada Azərbaycan mədəniyyətinə artan marağa əsaslanır.
Rusiya gələcəkdə də Azərbaycanla tərəfdaşlığın möhkəmlənməsi uğrunda səylə çalışacaq. Biz öz cənub sərhəddimizdə güclü, sabit, zəngin qonşu marağındayıq və bu sahədə ona uğurlar arzulayırıq. Bir daha dəvətimizi qəbul etdiyinizə görə minnətdarlığımızı bildirir, xoş ziyafət arzu edirik”.
F.Məmmədov Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin adından bir daha Rusiya xalqını milli bayramı münasibətilə təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsirlik tarixə malik bizim xalqlar arasında olan dostluq münasibətləri əsasında qurulub.

