Rusiya Xarici işlər nazirliyi “Tvitter” sosial şəbəkədə öz rəsmi hesabat yazılarını açıb: MID_RF və MFA_Russia (rus və ingilis dillərində).
Nazirliyin xəbərlər blokunda Rusiyanın xarici siyasəti haqqında tezis məlumatları, Rusiya xarici siyasət idarəsi tədbirlərinin anonsları dərc olunacaq. Məlumat daim təzələnəcək.
Yeni resurs Rusiyanın beynəlxalq gündəliyin əsas məsələləri üzrə rəsmi mövqesi ilə maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub.
“Tvitter”də yerləşdirilən Rusiya XİN-nin səhifəsi xaricdə yaşayan Rusiya vətəndaşları üçün də nəzərdə tutulub. Abunəçilər olduqları ölkədə fövqəladə hallar haqqında xəbərdarlıq hallarında mobil telefonlar və kommunikatorlar vasitəsilə məlumat ala biləcəklər.
Digər “XİN akkauntu” kimi mövqeləşmiş qeydlər bu saydan deyil.
“Tvitter” sosial şəbəkəsində Rusiya XİN-nin akkauntları 29 iyun 2011-ci il tarixdən fəaliyyət göstərir.