Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin İsmayıllıda keçirilən “Bilik günü”ndə iştirak etmişdir
    Çap versiyası | Baxılıb 114

    День знания в ИсмаиллахCari ilin 2 sentyabr tarixində Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin İsmayıllı rayonunda təşkil olunmuş tədbirdə iştirak etmişdir. Tədbirdə rayon məzunlarının Respublika ali məktəblərinə qəbulunun yekunları keçirilmişdir.

    Tədbir iştirakçıları qarşısında çıxış edən səfir qeyd etmişdir: “Təhsil sahəsində Rusiya-Azərbaycan münasibətləri bizim  tərəfdaşlığımızın əsas tərkib hissəsidir. Onların əhəmiyyəti gün bə gün artır. Səbəbi çox sadədir. Rusiya və Azərbaycan modernizasiyanın çətin məsələlərini həll edirlər. Bunun üçün yaxşı hazırlanmış kadrlar lazımdır. Təhsil sahəsində əməkdaşlıq edərək biz belə kadrların yetişdirilməsində bir-birimizə kömək edirik.

    Rusiya Azərbaycanda rus dilində ibtidai, orta və ali təhsil almaq istəyənlər üçün şəraitin mövcudluğunu yüksək qiymətləndirir. Bilirik ki, rus dilində təhsilə maraq artır. Azərbaycan təhsilində gələcəkdə də rus şöbəsinin qorunub saxlanması üçün hər şey edəcəyik.

    Rusiyanın Azərbaycandakı səfiri kimi mən qürur hissi duyuram ki, mənim ölkəm Azərbaycan üçün yüksəkkeyfiyyətli mütəxəssislərin hazırlanması üzrə xarici mərkəzlərin əsaslarından biridir.

    2011-ci ildə Rusiya Azərbayan vətəndaşlarının müxtəlif təhsil ocaqlarında təhsil almaq üçün 306 təqaüd ayırmışdır. Onların 96-nı Azərbaycan Dövlət İmtahan komissiyası bölüşdürürdü. 210 təqaüd xaricdə həmvətənlilərlə iş üzrə Dövlət komissiyasının xətti ilə paylanmışdır. Daha 70 yer Rusiyada daimi yaşayan azərbaycanlılar üçün Ümumrusiya Azərbaycan konqresinə təqdim olunmuşdur

    Rusiya bakalavr, maqistr, aspirantura və doktorantura çərçivəsində və müxtəlif növ ixtisasartırma və təcrübə artma  üçün yerlər təqdim edir.Son illər xüsusi dil hazırlığı tələb olunan abituriyentlər üçün hazırlıq şöbələri təşkil olunur. 

    Rusiya məktəbinin yüksək nüfuzunu o fakt da sübut edir ki, hər il Azərbaycanın bir çox saylı gənləri Rusiya ali məktəblərinə fərdi əsaslarla, xüsusi qaydada qəbul olunurlar. Bu say dövlət xətti ilə ali məktəblərə qəbul olmaq istəyənlərin sayından qat-qat artıqdır. Ümumilikdə isə Rusiyada Azərbaycanın 6000 –dən artıq vətəndaşı təhsil alır. Belə fakt dünyanın heç bir ölkəsində yoxdur.

    Rusiya gələcəkdə də ona yaxın olan Azərbaycanla təhsil sahəsində münasibətlərini bizim hər iki ölkələrimizin gələcəyi naminə inkişaf edəcək.  

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100