Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    2009-cu il sentyabrın 17-də Rusiyanın Azərbaycandakı səfiri V. Doroxinin Bakı Dövlət Universitetinin 1-ci kursunun rusist tələbələri ilə görüşü
    Çap versiyası | Baxılıb 451

    Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) Bakı Rusiya Mərkəzinin rəhbəri F. Rzayevin təşəbbüsü ilə Rusiyanın Azərbaycandakı səfiri V. Doroxinin və BDU-nun rektoru A. Məhərrəmovun filologiya fakültəsinin birinci kursunda oxuyan rusist tələbələrlə görüş keçirilib.

    Tədbirdə filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr, eləcə də qonaqlar - Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ə. Şeyxov və İnkişaf Fondunun «Avrasiya Tədqiqatları İnstitutunun Bakı filialının rəhbəri R. Həsənov, yerli teleradio şirkətlərinin, informasiya agentliklərinin və nəşrlərinin nümayəndələri iştirak ediblər.

    A. Məhərrəmov birinci kurs tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, 1919-cu ildə fəaliyyətə başlamış BDU-nun tarixi barədə qısa məlumat verib, qeyd edib ki, yaranan fakültələr arasında tarix-filologiya fakültəsi birincilərdən olub. Rektor deyib ki, Rusiyanın bir sıra tanınmış alimlərinin səyləri nəticəsində bu gün universitet yaxşı rusist elmi potensiala malikdir.

    O, həmçinin deyib ki, digər xarici dillər arasında rus dili və ədəbiyyatı prioritet yer tutur. Universitetdə mövcud proqrama görə hər bir tələbə öncə rus dilini, sonra digər xarici dilləri öyrənməyi seçir.

    Rektor qeyd edib ki, tələbə gənclər arasında rus dilinin inkişafı üçün Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən göstərilən dəstəyin ümumi elmi-təhsil məkanının gələcək inkişafı üçün böyük əhəmiyyəti var.

    Nitqini yekunlaşdıran A. Məhərrəmov universitetdə belə tədbirlərin keçirilməsinin ənənə xarakteri alacağına ümidvar olduğunu bildirib.

    V. Doroxin tədbir iştirakçılarını salamlayıb, birinci kurs tələbələrini təbrik edərək, özünün 1966-cı il, sentyabrın 1-də ilk tələbəlik gününü xatırlayıb. Səfir deyib ki, o da rektor və gələcək müəllimlərinin xeyir-duasını dinləyib və həmin gün yaddaşında ömürlük qalıb. O, tələbələrə arzu edib ki, bugünkü gün onların da xatirəsində tələbəlik illərinin ən parlaq günü kimi qalsın.

    Ç. Abdullayevin «İki növ ədəbiyyat var - dünya və rus ədəbiyyatı» sözlərini sitat gətirən V. Doroxin bildirib ki, tələbələr düzgün seçim ediblər, çünki dünyada rus ədəbiyyatı ilə məşğul olmaqdan maraqlı heç nə yoxdur. O, fikirlərini «Rus mənəviyyatı ilə ünsiyyətdən fərdlər, cəmiyyətlər, dövlətlər qazanıblar» ifadələri ilə daha da möhkəmləndirib, əlavə edib ki, bu, ölkəyə, ziyalılara və hətta şüura müsbət təsir edir. Səfir qeyd edib ki, Azərbaycanda böyük rusdilli məkan qalmaqdadır. Bu il ötən illə müqayisədə rusdilli məktəblərə daxil olanların sayı 500 nəfər artıb. O, həmçinin azərbaycanlı tələbələrin Rusiyanın ali təhsil ocaqlarında təhsil almaq istəyinin yüksək olduğunu qeyd edib, rəsmi statistikaya əsasən, Rusiyada 5755 Azərbaycan vətəndaşının təhsil aldığını, onlardan 1500-nün Rusiya dövlətinin hesabına oxuduğunu diqqətə çatdırıb.

    «Azərbaycana Rusiya, Rusiyaya da Azərbaycanla yaxşı münasibətlər lazımdır» deyən səfir bildirib ki, çoxəsrlik dostluq əlaqələri ilə bağlı olan iki qonşu dövlət üçün bu, təbii haldır: “Bu məsələ dövlət siyasəti məsələsidir”. Səfir BDU ilə əməkdaşlığa hazır olduğunu bəyan edib, rektora minnətdarlığını bildirib, hamını yeni tədris ili münasibətilə təbrik edib və universitetin 90 illiyini layiqli keçirməyi arzulayıb.

    Səfir çıxışından sonra tələbələrə hədiyyələr təqdim edib.

    Tələbələr adından rus dili fənnindən ən yüksək bal toplamış rus filologiyası fakültəsinin tələbəsi N. Əliyeva çıxış edib. O, ümummilli lider Heydər Əliyevin sözlərini xatırladıb: «Mən arzu edirəm ki, hər bir azərbaycanlı rus dilin bilsin. Çünki rus dili elm və mədəniyyətin zəngin dilidir».

     

    bdu

     

    doroxin

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100