«Moskva merinin təqaüdü» proqramı Moskva hökumətinin prioritet sosial-iqtisadi layihələri sırasına daxildir. Proqram Azərbaycanda 2007-ci ilin mayından həyata keçirilir.
Azərbaycanda bu proqramı həyata keçirmək üçün Azərbaycan Prezident Administrasiyası ilə razılaşdırılmış 15 nəfərdən ibarət Qəyyumlar Şurası yaradılıb. Şura Azərbaycanın ali təhsil ocaqlarında təhsil alan soydaşlara 22 təqaüd ayırmaq barədə qərar çıxarır. Şura ildə iki dəfə bu təqaüdü (təxminən 27 min rubl) almaq üçün Azərbaycanın 10 ali təhsil müəssisəsindən tələbələrin Azərbaycan Prezident Administrasiyası ilə razılaşdırılmış siyahısını araşdırır.
Qəyyumlar Şurasının bütün üzvləri Azərbaycanın müvafiq ali təhsil ocaqlarına təhkimdirlər və həmin təhsil ocaqlarının rəhbərləri ilə Şuranın iclaslarında müzakirəyə çıxarılacaq sənədləri hazırlayırlar.
2009-cu il avqustun 28-də keçirilmiş son toplantıda Şura tələbələrin rotasiyası məsələsinə baxıb və təhkimçilərin siyahısına korrektələr edib.
Azərbaycan Respublikasında «Moskva merinin stipendiyası» proqramının həyata keçməsi üçün Qəyyumlar Şurasının tərkibi
1. Zabelin Mixail Yuriyeviç – Qəyyumlar Şurasının sədri, Azərbaycanın Rus İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2. Vladıka Aleksandr – Bakı və Xəzəryanı Yepiskop
3. Mayorov Venniamin Stepanoviç - Azərbaycan Rus İcmasının sədr müavini, Moskva Dövlət Açıq Universiteti Bakı filialının prorektoru
4. Hacıyev Ədalət Qasımoviç – Rus Dram Teatrının direktoru
5. Kərimova Tatyana Alekseyevna - «Sodrujestvo» Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyətinin sədri
6. Yakunina Lyubov Timofeyevna - Azərbaycan Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri
7. Yusuf-zadə Qaiq Yusufoviç - Moskva Soydaşlar Evinin Azərbaycandakı nümayəndəsi
8. Vasilçenko Nikolay Zinovyeviç - Qəyyumlar Şurasının koordinatoru, Bakı şəhər 145 saylı məktəbin direktoru.
9. Trofimov Aleksandr Mitrofanoviç - Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri
10. Novruzov Qulu Novruz oğlu - Azərbaycan Təhsil Nazirliyinin şöbə rəisi
11. İlyazova Elmira İbrahimovna - Azərbaycan Tatar İcmasının sədri
12. Şipulina Qalina İvanovna - Bakı Slavyan Universitetinin dosenti
13. Barinova Svetlana Nikolayevna - Rus Mədəniyyəti Mərkəzinin direktoru, Azərbaycan Musiqi Akademiyasının dosenti
14. Temnikov Roman Vasilyeviç - Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri
15. Manafova Qalina Yakolevna - Azərbaycan Rus İcmasının Xətai rayon təşkilatının sədri.