Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Azərbaycanda Rusiya Gününün qeyd olunması
    Çap versiyası | Baxılıb 505

    Rusiyanın Azərbaycandakı səfirliyi bu il iyunun 10-da Bakı Əyləncə Mərkəzində Rusiya Gününün qeyd olunması ilə bağlı ziyafət verib.

    Tədbirdə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, Azərbaycan Respublikası Prezident Administrasiyası, müxtəlif nazirlik və idarə nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş səfir və diplomatlar, aparıcı siyasi və dini xadimlər, Azərbaycanda fəaliyyət göstərən Rusiya biznesinin nümayəndələri, yaradıcı ziyalılar, rusiyalı soydaşlar təşkilatlarının rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

    Təbrik nitqi ilə Rusiyanın Azərbaycandakı səfiri V. Doroxin çıxış edib.

    Hörmətli Yaqub Abdullayeviç!

    Əziz qonaqlar!

    İlk öncə xanımım Olqa və şəxsən öz adımdan Rusiya Milli Gününün qeyd olunması ilə bağlı bizim dəvəti qəbul edib buraya gəldiyiniz üçün öz təşəkkürümüzü bildiririk.

    Rusiya - qədim və zəngin tarixə malik bir ölkədir. Biz çətin sınaqlardan, qələbə və məğlubiyyətlərdən keçmişik, böyük və ibrətverici təcrübə toplamışıq. 18 il əvvəl Rusiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və azadlığı ilə bağlı yeni yolun astanasına qədəm qoydu. Hər şey asan və sadə alınmır. Amma bu illər ərzində əldə edilmiş nəticələr ümid etməyə əsas verir ki, Rusiya öz tarixi təyinatına daha yox cavab verən yola çıxıb.

    Rusiya dünyada əməkdaşlıq prinsipinə və beynəlxalq hüquqa söykənən sülhün tərəfdarıdır. Biz hər kəsə özünü təhlükəsiz hiss etmək imkanı verən sülh istəyirik. Kiməsə inkişaf modeli sırımaq və necə yaşamağı öyrətmək fikrində deyilik. Biz planetdə yaşayan insanların daha sakit və stabil həyat yaşamaları üçün dünya problemlərinin həllinə öz töhfəmizi vermək niyyətindəyik.

    Bütün bu illər ərzində Rusiya öz tərəfdaşı Azərbaycanla əl-ələ addımlayıb. Asan olmasa da, münasibətlər qura bilmişik. Bu münasibətlər qarşılıqlı hörmət, bir-birinin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qeyd-şərtsiz tanınması prinsiplərinə əsaslanıb. Siyasi kontaktların, iqtisadi əməkdaşlığın, Azərbaycanda rus dilinin təbii yayılmasına əsaslanan humanitar əməkdaşlığın səviyyəsi iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Bunu bu günlərdə Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüş də bir daha təsdiqlədi.

    Yaqub Abdullayeviç! Mən Sizi xüsusilə salamlamaq istərdim! Bizim tədbirdə Azərbaycan rəhbərliyinin belə yüksək səviyyədə təmsil olunması Rusiya-Azərbaycan dostluq əlaqələrinin, Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın simvoludur.

    Bizim tədbirə gəldiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizin hamınıza yaxşı gecə keçirməyi arzulayıram.

    Y. Eyyubov Azərbaycan Respublikasının prezidenti İ. Əliyev adından Rusiya xalqını milli bayram münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan-Rusiya münasibətləri ən möhkəm baza - çoxəsrlik tarixə malik xalqlarımız arasında dostluq üzərində qurulub.

     

    rusiya

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100