Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin avqustun 28-də İsmayıllı rayonuna səfər edib, rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla görüşüb, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, H. Əliyev Muzeyini ziyarət edib.
İşgüzar səfər zamanı V. Doroxin rusiyalı soydaşların yaşadığı İvanovka kəndində olub, N. Nikitin adına kolxozun sədri Mixail Parfyonovla və kənd əhalisi ilə görüşüb. Səfir yeni ümumtəhsil məktəbinə baş çəkib, məktəbin kitabxanasına kitablar hədiyyə edib, kolxozun fermer təsərrüfatları ilə tanış olub.

