Dekabrın 25-də Rusiyanın Azərbaycandakı səfirliyində gənc jurnalistlər və ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri arasında «Rusiya-Azərbaycan: sülh və sabitlik naminə strateji tərəfdaşlıq» mövzusunda keçirilən
Üçüncü müsabiqəyə yekun vurulub.
Tədbirdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər, müsabiqənin qalibləri və müsabiqə komissiyasının üzvləri iştirak ediblər.
Giriş sözü ilə Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin çıxış edərək, jurnalistlərə Rusiya-Azərbaycan əlaqələrinə, Rusiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Səfir üçüncü müsabiqədə jurnalistlərin əhatəli iştirakını qeyd edərək tədbir iştirakçılarını qarşıdan gələn Yeni, 2010-cu il münasibətilə təbrik edib və qonaqlara möhkəm can sağlığı və peşəkar fəaliyyətində gələcək uğurlar arzulayıb.
Müsabiqə Komissiyasının məsul katibi A.Matiyeva bildirib ki, gənc jurnalistlər və ali məktəblərinin jurnalistika fakültələrinin tələbələrinin Üçüncü müsabiqəsi cari tilin oktyabrın 15-də elan olunub və aşağıdakı mövzuları əhatə edib:
1. «Rusiya-Azərbaycan: sülh və sabitlik naminə strateji tərəfdaşlıq»
2. Böyük Vətən Müharibəsinin 65 illiyi münasibətilə «Böyük Vətən Müharibəsində əldə olunmuş Qələbə unudulmazdır»
3.«Müasir Azərbaycanda Rus dilinin rolu»
Ümumilikdə adı çəkilən mövzular üzrə müsabiqəyə 24 məqalə təqdim olunub.
Rusiyanın Azərbaycandakı Səfirliyinin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, Azərbaycan polk yoldaşı olan müharibə veteranları seksiyasının, Rusiya Həmvətənləri Əlaqələndirmə Şurası, Rusiyanın informasiya agentlikləri və QHT-lərin nümayəndələrindən, habelə aparıcı jurnalistlərdən ibarət olan Komissiya müsabiqəyə yekun vuraraq aşağıdakı nəticəyə gəlib:
I dərəcəli mükafat heç kimə təqdim olunmasın. Eyni zamanda, II dərəcəli mükafatların sayı üçə qədər, III dərəcəli mükafatların sayın isə beşə qədər artırılsın.
II dərəcəli mükafatla və müvafiq diplomla aşağıdakı jurnalistlər təltif olunurlar:
1. «Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Anar Məmmədov
2. «Nedelya» qəzetinin müxbiri Timur Rzayev
3. «Kaspi» qəzetinin müxbiri İrina Xalturina
III dərəcəli mükafatla və müvafiq diplomla aşağıdakı jurnalistlər təltif olunurlar:
4. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 3 kurs tələbəsi Kəmalə Əliyeva
5. «AzerTAc» İnformasiya Agentliyinin müxbiri Albina Atlıxanova
6. «Vesti.az» İnformasiya Agentliyinin müxbiri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4 kurs tələbəsi Vüqar Həsənov
7. «Biznes dialoq» jurnalının müxbiri Əmir Məmmədov
8. Bakı Dövlət Universitetinin 3 kurs tələbəsi, hazırda Lomonosov adına Moskva Dövlət Universitetində bir illik təcrübədə olan Fatimə Səmədova.
Aşağıdakı jurnalistlər diplomlar və həvəsləndirici mükafatlarla təltif olunsunlar:
9. «Trend» İnformasiya Agentliyinin müxbiri Elmira Tarıverdiyeva
10. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 4 kurs tələbəsi Almaz Axundova
11. «Nedelya» qəzetinin müxbiri, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 4 kurs tələbəsi Milana Juçkova
12. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 3 kurs tələbəsi Natalya Kalmıkova
13. «Exo» qəzetinin müxbiri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4 kurs tələbəsi Teymur Maqsudov
14. Jurnalist Pərvanə Məmmədova
15. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 3 kurs tələbəsi, hazırda Lomonosov adına Moskva Dövlət Universitetində bir illik təcrübədə olan Lüdmila Pleşunova.
16. «1news» İnformasiya Agentliyinin müxbiri, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinin 1 kurs tələbəsi Tamilla Səncablı.


Təltifat mərasimindən sonra Bakı Musiqi Akademiyasında təhsil alan gənc ifaçıların iştirakı ilə konsert keçirilib.

