Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    «Ehtiyatlı olun! Tarix!»
    Çap versiyası | Baxılıb 955

    Ehtiyatlı olun! Tarix!18.12.09, RİA Novosti – "RİA Novosti" Rusiya Beynəlxalq İnformasiya Agentliyi «Exo Moskvı» radiostansiyası və «İzvestiya» qəzeti ilə birlikdə tarixi araşdırmalar sahəsində «Ehtiyatlı olun! Tarix!» adlı yeni informasiya layihəsinin icrasına başlayır.

    «Biz multimedia dövründə yaşayırıq. Elə bir dövrdə ki, bəzən gənc oxucular, dinləyicilər və İnternet istifadəçiləri üçün obrazlar, bu obrazların mahiyyətindən daha çox əhəmiyyət kəsb edir. Bu layihədə biz obrazları və onların mahiyyətini birləşdirərək onları kifayət qədər proporsional şəkildə bir araya gətirməyə çalışmışıq», - deyə cümə günü layihənin təqdimat mərasimində RİA Novosti-nin baş redaktoru Svetlana Mironyuk bildirib.

    Layihə keçmişin ən mübahisəli hadisələrinə həsr edilib.

     

    Bir neçə nəzər nöqtəsi

    Mironyukun sözlərinə görə, bu layihədə təşkilatçılar «tarixi hadisələrin baş verdiyi və ya müəyyən zaman əlaqəsində olduğu bəzi təqvim günlərinə dair tarixi şərhlərin çoxmənalılığından danışmağa cəhd edəcəklər. Biz eyni bir tarixi hadisəyə dair bir neçə nəzər nöqtəsini nəzərdən keçiririk, lakin bu ən düzgün fikri aşkar etmək cəhdi deyil. Biz istəməzdik ki, layihənin nəticəsi iki-üç nöqteyi-nəzərdən birinin seçilməsinə gətirilsin və onlardan birinin daha düzgün, digərlərinin isə bir qədər şübhəli olduğuna qərar verilsin. Bu layihə müzakirələrin aparılması üçün bir çağırışdır», - deyə RİA Novosti-nin baş redaktoru bildirib.

    Mironyukun sözlərinə görə, layihənin məqsədlərindən biri tarixə marağın yenidən qaytarılmasıdır ki, «gənc nəsil, həmçinin tarix barədə də düşünməyə, onu öyrənməyə, ilkin mənbələrə nəzər yetirməyə başlasın, bu barədə fikir yürütsün».

     

    Layihənin əsas cəhəti onun multimedia layihəsi olmasıdır

    «Exo Moskvı» radiostansiyasının baş redaktoru Aleksey Venediktov öz növbəsində, bildirib ki, layihənin əsas cəhəti onun multimedia layihəsi olmasıdır.

    «Yəqin ki, bu layihə Rusiyada radionun, informasiya agentliyinin, ümummilli qəzetin və bütün imkanları ilə bərabər İnternetin birgə istifadə olunduğu ilk layihədir», - deyə Venediktov vurğulayıb.

    Venediktov onu da bildirib ki, RİA Novosti agentliyinin təşkil edəcəyi telekörpülər Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrin tarixçiləri, politoloqları ilə əlaqəni təmin edəcək. Layihədə ümummilli qəzetin iştirakı isə, onun fikrincə, layihənin regional auditoriyasını heyrətamiz dərəcədə genişləndirir.

    «Biz oxuculardan məktubların çox olacağına, yəni əks interaktivliyin çox olacağına ümid edirik», - deyə radiostansiya təmsilçisi bildirib.

     

    İlin layihəsi olmağa iddialıdır

    «Exo Moskvı» radiostansiyasının baş redaktorunun sözlərinə görə, şəxsən onun üçün hər hansı bir dövlətin «tarixə rəhbərlik edərək», bu və ya digər tarixi məsələnin müzakirəsini qadağan etməsi xoş deyil.

    «Mən bunu qəti surətdə düzgün hesab etmirəm. Dövlətin hər hansı bir tarixi məsələ ilə bağlı vahid fikri təlqin etməsi düzgün deyil və bu baxımdan hesab edirəm ki, haqqında danışdığımız layihə, elə bizim ölkəmizdə də, bir ictimai nəzarət cəhdi, tarixi təkfikirliliyə qarşı ictimai mübarizə cəhdi olacaq», - deyə Venediktov vurğulayıb.

    «İzvestiya» qəzetinin baş redaktoru Vitali Abramov isə deyib: "Bu ideyanın müəlliflərinə afərin! Zənnimcə, bu layihə ilin media layihəsi ola bilər».

    Abramov layihənin çox faydalı olacağına ümidvar olduğunu dilə gətirib. Çünki, onun sözlərinə görə, insanların əksəriyyəti ölkənin və dünyanın tarixini ya bilmir, ya unudublar, ya da ki, öyrənmək istəmirlər. İndi isə onlar vacib tarixi məsələlərin müzakirəsinə cəlb olunacaqlar.

    «İzvestiya» qəzetinin baş redaktoru «İzvestiya» qəzetinin baş redaktoru Vitali Abramov «RİA Novosti» Rusiya Beynəlxalq İnformasiya Agentliyi, «Exo Moskvı» radiostansiyası və «İzvestiya» qəzetinin tarixi araşdırmalar sahəsində «Ehtiyatlı olun! Tarix!» adlı birgə layihəsinin təqdimat mərasimində

    Mironyukun sözlərinə görə, layihənin müəllifləri onun beynəlxalq iştirakçılarının sayının çox olacağına ümidvardırlar. O qeyd edib ki, Rusiyanın tarixi sahəsində ixtisaslaşan müxtəlif ölkə tarixçilərinin çoxsaylı, fərqli və qeyri-ənənəvi yanaşmaları, nəzər nöqtələri vardır.

    «Biz bu mövqeləri, nəzər nöqtələrini görməyə və onları adı çəkilən layihə çərçivəsində birləşdirməyə çalışacağıq. Bəzi məşhur tarixçilərlə artıq ilkin razılıq əldə olunub», - deyə Mironyuk bildirib.

    RİA Novosti, "Exo Moskvı" və "İzvestiya" bütün 2010-cu il boyunca layihəni davam etdirəcəklər

    Ölkənin tarixindəki «qaynar nöqtələrə» - bir-birinə zidd şərhlərə, stereotiplərə, bəzi hallarda isə saxtalaşdırmalara təqvim həsr olunacaq.

    Təqvimdə hər bir həftə – yeni bir tarixi, mübahisəli mövzuya həsr olunacaq və bu mövzu həmin həftə ərzində diskussiya predmeti olacaq.

    RİA Novosti agentliyində xarici ekspertlərin iştirak ilə «dəyirmi masa»lar, video-körpülər keçiriləcək. Həftənin sonunda «Exo Moskvı» radiostansiyasının bazar günü efirə çıxan «Dım Oteçestva» («Vətən yurdu») proqramında həftəyə yekun vurulacaq, «İzvestiya» qəzetinin səhifələrində isə müxtəlif materiallar və tarixi məsələlərlə bağlı oxucuların fikirləri dərc olunacaq.

     

    İstinadlar:

    ria novosti

    izvestia echo moskvi

     


     


     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100