Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
  • Əlaqə
  •      
  • Fotolent

  •  
         

     
         
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinin bayram edilməsi ilə bağlı əsas tədbirləri
    Çap versiyası | Baxılıb 259

    1. Respublikanın veteranlar və həmvətənlər təşkilatlarına yardım məqsədilə Mərkəzdən alınmış, faşizm üzərində Qələbənin ümumdünya tarixi əhəmiyətinin, bu Qələbəyə Sovet İttifaqının verdiyi töhfənin yenidən müzakirə edilməsinə əks təsir göstərilməsi ilə bağlı Rusiyanın mövqeyini əks etdirən informasyia-metodiki materialları yaymaq.

    2. Azərbaycan Respublikası Veteranlar Şurası və həmvətənlərin veteran təşkilatları ilə birlikdə MDB dövlət başçıları Şurasının 2010-cu ilin Birlik ölkələrində «Böyük Vətən müharibəsi veteranları ili» elan ounması ilə bağlı Qərarının həyata keçirilməsinə yardım etmək.

    3. Azərbaycanın veteranlar təşkilatlarının və Böyük Vətən müharibəsi iştirakçılarının Qələbənin 65 illyi ilə əlaqədar Moskvada keçirilən tədbirlərdə işitirakına yardım etmək.

    4. Böyük Vətən müharibəsində iştirak etmiş, Azərbaycanda yaşayan və konsulluq qeydiyyatında olan Rusiya vətəndaşlarına Rusiya Federasiyası Prezidentinin fərdi təbriklərinin göndərilməsini təmin etmək.

    5. Azərbaycanda yaşayan, müharibə veteranı olan Rusiya vətəndaşlarının «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi» yubiley medalı ilə təntənəli surətdə təltif edilməsini təşkil etmək.

    6. Böyük Vətən müharibəsi veteranlarının, gənclər və ictimai təşkilatların, respublikanın yaradıcı kollektivlərinin iştirakı ilə «Sülh və həmrəylik» beynəlxalq hərəkatının təşkilinə və keçirilməsinə kömək etmək.

    7. «Georgi lenti» beəynəlxalq aksiyasının keçirilməsini təmin etmək.

    8. Böyük Vətən müharibəsində Qələbənin 65 illiy ilə əlaqədar Azərbaycan Rsepublikasının şəhər və rayonlarında keçirilən tədbirlərdə Səfirliyin yüksək rütbəli diplomatlarının iştirakını təmin etmək.

    9. «Böyük Qələbə haqqında həqiqət və uydurmalar» respublika elmi-praktiki konfransında iştirak etmək.

    10. 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin və veteranların xatirə komplekslərinin, qardaşlıq məzarlarının və qəbirlərinin ərazisinin abadlaşdırılmasında iştirak etmək. Həlak olmuş təyyarəçilərə abidənin bərpa olunması.

    11. «Müharibə yolları və talelər» mövzusunda «dəyirmi masa» keçirmək.

    12. Böyük Vətən müharibəsi veteranlarının Azərbaycanın Rus İcmasının, «Sodrujestvo» ARXHC-nin, Tatar İcmasının, «Azərbaycan Kazak Həmyerlilər Birliyinin» gəncləri ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş görüşünü keçirmək.

    13. «Rossotrudniçestvo»nun binasında Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş, «Sovet cəmiyyəti və 1941-1945-ci illər müharibəsi» mövzusunda sənədlərdən və foto-materiallardan ibarət sərgi təşkil etmək.

    14. «Biz Qələbənin varisləriyik» beynəlxlq xatirə aksiyası çərçivəsində Böyük Vətən müharibəsi veteranlarının respublikanın gəncləri ilə görüşünün təşkili və keçirilməsində iştirak etmək, Bakının 6, 49, 91, 203, 237, 239 saylı məktəblərində eyni adlı inşa müsabiqəsinin keçirilməsi.

    15. İkinci Dünya müharibəsində Sovet İttifaqının həlledici rolunu əks etdirən materiallar hazırlamaq və onları Azərbaycanın KİV-lərində dərc etdirmək.

    16. Səfirliyin veb-saytında Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə bağlı bayram tədbirlərinin hazırlanması və keçirilməsinə həsr olunmuş xüsusi bölmə yaratmaq.

    17. Konsulluq şöbəsinin stendində Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş tematik foto-sərgi tərtib etmək.

    18. Azərbaycanda yaşayan aztəminatlı müharibə və əmək veteranlarına maddi yardım göstərmək, tibbi müalicəyə ehtiyacı olanları Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ərəfəsində respublikanın sanatoriyalarına pulsuz yollayış vərəqələri ilə təmin etmək.

    19. «Azərbycanın oğul və qızlarının qəhrəmanlığı» kitabının, «Böyük Vətən müharibəsinin vacib tarixləri» adlı katibçanın və Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar tematik mühazirələrin hazırlamaq və nəşr etdirmək.

    20. «Oko» qəzetində Qələbə Gününün 65 illik yubileyi şərəfinə Böyük Vətən müharibəsi veteranları üçün «Aeroflot» ASC-nin xeyriyyə aksiyasının keçirilməsi ilə bağlı maetriallar dərc etdirmək.

    21. «İqray qarmon» (Oxu qarmon) folklor ansamblının Azərbaycanın rayon mərkəzlərinə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi mövzusunda tematik proqramla konsert turnesini təşkil etmək.

    22. Böyük qələbənin 65 illiyi ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirinin veteranlara təbrikinin «Bakinski raboçi», «Novoye vremya», «Oko», «Kaspiy», «Zerkalo», «Exo» qəzetlərində dərc etmək.

    23. Rus Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş təntənəli gecə keçirmək.

    24. Bakıda akkreditə edilmiş diplomatik korpusun, icra hakimiyyəti orqanlarının, Azərbaycandakı həmvətənlər təşkilatlarının nümayəndələrinin iştiarkı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin və veteranların xatirə kompleksləri, qardaşlıq məzarları və qəbirləri önünə əklil və güllərin qoyulmasını təşkil etmək.

    25. Qələbənin 65 illiyi ilə əlaqədar Böyük Vətən müharibəsi və əmək cəbhəsi veteranlarının, respublikanın veteranlar təşkilatları rəhbərlərinin, Azərbaycanın hakimiyyət orqanları nümayəndələrinin və diplomatik korpusun iştirakı ilə Səfirlikdə qəbul təşkil etmək.

     

    Digər xəbərlər:


    » Azərbaycan gənclər təşkilatları fəallarının görüşü
    » Dəyirmi masa: “Mixail Bulqakov. Həyat və yaradıcılığı”
    » Rusiya Səfirinin Qafqaz müsəlmanları İdarəsinin Sədri i ...
    » Əziz dostlar, Icazə verin Sizi Azərbaycan jurnalistikas ...
    » Smolensk torpağının şairi




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100