Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinin qeyd olunması ilə bağlı əsas tədbirləri
    Çap versiyası | Baxılıb 571

    1. Mərkəzdən veteran təşkilatları və soydaşlara kömək məqsədi ilə alınan faşizm üzərində qələbənin tarixi əhəmiyyətini dəyişmək və Sovet İttifaqının bu qələbəyə əsas töhfə verməsinə kölgə salmaq cəhdləri ilə bağlı Rusiyanın mövqeyini əks etdirən informasiya-metodik materiallar yaymaq.

    2. Azərbaycan Respublikasının Veteranlar Şurası, soydaşların veteran təşkilatları ilə birgə MDB dövlət başçıları Şurasının 2010-u ili “Böyük Vətən Müharibəsi Veteranları İli” elan etmək barədə qərarının həyata keçməsinə yardım göstərmək.

    3. Azərbaycanın veteran təşkilatlarının və Böyük Vətən Müharibəsi veteranlarının Moskvada Qələbənin 65 illiyi ilə bağlı tədbirlərdə iştirakına yardım etmək.

    4. Rusiya Federasiya prezidentinin Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına və konsulluq qeydiyyatında olan Böyük Vətən Müharibəsi veteranlarına fərdi təbrikinin çatdırılmasını təmin etmək.

    5. Azərbaycanda yaşayan Rusiya vətəndaşları olan müharibə veteranlarının «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi» yubiley medalı ilə təntənəli təltif olunmasını təşkil etmək.

    6. Böyük Vətən Müharibəsi veteranlarının, gənclər və ictimai təşkilatların, yaradıcı kollektivlərin iştirakı ilə «Sülh və əminamanlıq» beynəlxalq aksiyasının təşkili və keçirilməsinə yardım etmək.

    7. «Georqiyevskaya lentoçka» beynəlxalq aksiyanın keçirilməsini təmin etmək.

    8. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ilə bağlı Azərbaycan Respublikasının şəhər və rayonlarında keçirilən təntənəli tədbirlərdə səfirliyin yüksək rütbəli diplomatlarının iştirakını təmin etmək.

    9. «Böyük Qələbə haqqında həqiqət və uydurmalar» adlı respublika elmi-praktiki konfransının işində iştirak etmək.

    10. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi döyüşçülərinin məzarlarının, memorial kompleks və qardaşlıq qəbirlərinin ərazilərinin abadlaşdırılmasında iştirak etmək, həlak olmuş təyyarəçilərin abidəsini bərpa etmək.

    11. «Əsgərlərin yolları və taleləri» mövzusunda dəyirmi masa təşkil etmək.

    12. Böyük Vətən Müharibəsi veteranlarının Azərbaycanın Rus İcmasının, «Sodrujestvo» Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyəti, Tatar İcması, Azərbaycanda Kazakların Birliyinin gəncləri ilə görüşlərini keçirmək.

    13. «Rossotrudniçestvo»nun nümayəndəliyində Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş «1941-1945-ci illərdə sovet cəmiyyəti və müharibə» adlı sənədlər və fotomateriallardan ibarət sərgi təşkil etmək.

    14. «Biz - Qələbənin varisləriyik» beynəlxalq aksiya çərçivəsində respublika gənclərinin Böyük Vətən Müharibəsi veteranları ilə görüşlərini və Bakı şəhərinin 6, 49, 91, 203, 237, 239 saylı məktəblərində eyni adlı inşa müsabiqəsi təşkil etmək.

    15. İkinci Dünya Müharibəsində Sovet İttifaqının aparıcı rolunu əks etdirən materialları Azərbaycan KİV-ində çap etdirmək.

    16. Səfirliyin veb-saytında Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinin qeyd olunmasına həsr olunmuş xüsusi bölmə açmaq.

    17. Konsulluq şöbəsi binasının stendində Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş tematik fotosərgi tərtib etmək.

    18. Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ilə bağlı Azərbaycanda yaşayan aztəminatlı müharibə və əmək veteranlarına maddi yardım göstərmək, tibbi yardıma ehtiyacı olanları respublikanın sanatoriyalarına pulsuz putyovkalarla təmin etmək.

    19. «Azərbaycanın oğul və qızlarının qəhrəmanlığı» adlı kitabı, «Böyük Vətən Müharibəsinin əsas hadisələri» adlı broşüranı hazırlayıb nəşr etmək, Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ilə bağlı tematik mühazirələr keçirmək.

    20. «Oko» qəzetində «Aeroflot» ASC tərəfindən Qələbənin 65 illiyi münasibətilə Böyük Vətən Müharibəsi veteranları üçün xeyriyyə aksiyasının keçirilməsi haqqında materialları çap etdirmək.

    21. «İqray, qarmon» folklor ansamblının Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş tematik proqramla Azərbaycanın rayon mərkəzlərinə konsert turnesini təşkil etmək.

    22. «Bakinski raboçi», «Novoye Vremya», «Oko», «Zerkalo» və «Exo» qəzetlərində Rusiyanın Azərbaycandakı səfirinin Böyük Vətən Müharibəsi veteranlarına Böyük Qələbənin 65 illiyi münasibətilə təbrikini çap etdirmək.

    23. Rus Mədəniyyəti Mərkəzində Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş təntənəli gecə keçirmək.

    24. Bakıda akkreditə olunmuş diplomatik korpus, qanunvericilik və icra orqanları nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən soydaşlar təşkilatlarının təmsilçilərinin iştirakı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi döyüşçüləri və veteranlarının dəfn olunduğu məzarlıqlara, qardaşlıq məzarlıqlarına və memorial komplekslərə əklil və gül dəstələrinin qoyulmasını təşkil etmək.

    25. Qələbənin 65 illiyi münasibətilə Böyük Vətən Müharibəsi və əmək cəbhəsi veteranlarının, respublikanın veteran təşkilatlarının, soydaşlar birliklərinin, Azərbaycanın icra orqanlarının və diplomatik korpus nümayəndələrinin iştirakı ilə səfirlikdə ziyafət təşkil etmək.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100