Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfirliyində məşhur rus jurnalisti O.V.Sıqanovun “İlham Əliyev: açıq dünya” kitabının prezentasiyası keçirildi
    Çap versiyası | Baxılıb 378

    7 aprel tarixində Rusiyanın Azərbaycandakı Səfirliyində məşhur rus jurnalisti O.V.Sıqanovun “İlham Əliyev: açıq dünya” kitabının prezentasiyası keçirildi.

    Tədbirdə Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin, “İlham Əliyev: açıq dünya” kitabının müəllifi O.V.Sıqanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti M.Kərimov, Milli Məclisin vise-spikeri V.Ələsgərov, Prezident aparatının ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin müavini A.Mehtiyev, Mədəniyyət və Turizm Nazirinin müavini S.Məmmədəliyeva, Milli Məclisin deputatları A.Hacıyev və M.Zabelin, QHT Forumunun prezidenti R.Zeyni, Rusiya həmyerliləri təşkilatlarının Koordinasiya Şurasının sədri və “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Q.Myasoutova, “Avrasiya Araşdırmaları İnstitutu” Fondunun Bakı filialının müdiri R.Həsənov, Azərbaycan ictimaiyyətinin və ziyalılarının nümayəndələri, Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin müxbirləri iştirak etmişlər.

    Təqdimat mərasimini açan V.Doroxin qeyd etdi ki, O.Sıqanovun kitabını Rusiya ilə Azərbaycan əməkdaşlığının rəmzi və Rusiyada Azərbaycana olan hörmətin artmasının göstəricisi kimi qiymətləndirmək olar. Səfir kitabın belə bir əhəmiyyətini də qeyd etdi ki, bu kitab rusiyalılara Azərbaycanı ictimai arenada samballı, konstruktiv mövqe tutan, qonşu dövlətlərlə dinc həyat sürməyi arzulayan ölkə kimi tanımağa imkan yaradacaq.

    Kitab müəllifinə ünvanlanan xüsusi minnətdarlıqla çıxış edən qonaqlar Sıqanovun kitabını Rusiya və Azərbaycan xalqları dostluğunun aşkarlanması, iki dövlətin mədəniyyətini birləşdirən körpü adlandırmışdılar.

    Tədbir iştirakçıları kitabın geniş oxucu auditoriyası üçün böyük tirajla nəşr edilməsinin zərurətini qeyd etdilər.

     

    книга ильхам алиев

     

    книга ильхам алиев

     

    книга ильхам алиев

     

     

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100