2010-cu ildə Rusiya Federasiyası Azərbaycan Respublikasında yaşayan həmvətənlilərinə Rusiya dövlət ali məktəblərində tələbə, magistrant, aspirant və stajor qismində təhsil almağı üçün təqaüdlər ayırır.
Təqaüdlər Rusiya həmvətənlilərinin təşkilatlarının üzvlərinə təqdim olunur.
Təqdim olunan təqaüdlər siyahısı əlavə olunur.
Rusiyada təhsil almaq istəyən abituriyentlər aprelin 12-dən 30-a qədər saat 16.00-dan 19.00-a qədər (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini Rusiya ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi üzrə Komissiyaya təqdim etməlidirlər.
Komissiya Bakı şəhəri 160 №-li Klassik Gimnaziyada (2 mərtəbə, direktorun otağı) yerləşir. Telefon: 598-51-41.
Tələb olunan sənədlərin siyahısı:
1. Həmvətənlilər təşkilatından zəmanət məktubu.
2. 9-cu sinfi bitirmə haqqında şəhadətnamənin surəti.
3. 10-cu sinif üzrə qiymət cədvəlinin surəti.
4. 11-ci sinfin I yarımili üzrə qiymət cədvəlinin surəti.
5. Ali məktəbə daxil olanın sorğu vərəqi (çap olunmuş vəziyyətdə təqdim olunur) 3x4 rəngli şəkil ilə.
6. Təhsil almaq üçün tibbi əksgöstərişlərin olmamasını (VİÇ-infeksiya test nəticəsini göstərilməklə) təsdiq edən tibbi arayışın surəti.
7. Şəxsiyyət vəsiqəsinin surəti.
8. Doğum haqqında şəhadətnamənin surəti.
Aspiranturada təhsil almaq istəyən namizədlər çap olunmuş əsərlərin siyahısını və gələcək tədqiqat işi mövzusunda rus dilində referat (15 səhifədən az olmayaraq) təqdim etməlidirlər.
2010-cu ildə Rusiya ali məktəbinin diplomunu alan magistraturada və aspiranturada təhsil almaq istəyən namizədlər qəbul edən ali məktəbin razılığını yazılı şəkildə təqdim etməlidirlər.
Sənədlərin surəti notariusda təsdiq edilmiş və rus dilinə tərcümə olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Sənədlər Komissiyaya təqdim olunduğu zaman abituriyentin, bir nəfər valideynin və zəmanət verən təşkilat nümayəndəsinin iştirakı vacibdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində və Sankt-Peterburq Dövlət Universitetində təhsil almaq istəyən namizədlər bir başa həmin ali məktəblərin qəbul komissiyasına müraciət etməlidirlər.
2010-cu ildə həmçinin dayaq və hərəkət sistemi pozulmuş əlillər üçün də Moskva Dövlət sosial-humanitar institutunda təhsil almaq imkanları verilir. Bu kateqoriyalı şəxslərin təhsil alması ilə bağlı məsələlər fərdi qaydada baxılır.
Анкеты