Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Gənc liderlərin diqqətinə! “Seliger-2010” Ümumrusiya Forumunun beynəlxalq növbəsi.
    Çap versiyası | Baxılıb 453

    2010-cu ilin iyul ayının1-dən 26-a kimi Tver vilayətində Ostaşkov şəhəri yaxınlığında “Seliger-2010” Ümumrusiya forumu keçiriləcək. Forumda beynəlxalq növbə də olacaq ki (iyulun 1dən 8-ə kimi), bura dünyanın 40 ölkəsindən olan 2000 gənc lider toplaşacaq.

    “Seliger-2010” Forumunun beynəlxalq növbəsi – hər kəsin öz proyektinin hazırlamasına və beynəlxalq realizasiya miqyasında adaptə edilməsinə imkan yaradan unikal meydançadır. Xarici iştirakçılara Rusiya kompaniyalarında və korporasiyalarında öz profesional və karyera inkişafını başlamaq, unikal ekspres təlim nəticəsində öz proyektinin Rusiyada realizasiyasını adaptə etmək və hazırlamaq təklif olunur. Rusiyadan olan iştirakçılar üçün isə bu təklif ümumxalq birliyin liderləri, “Seliqer-2010” beynəlxalq proyektlərinin koordinatoru olmaqdan ibarətdir.

    Foruma dəvət olunurlar:

    - İngilis dilində sərbəst danışan Rusiya tələbələri

    - Dünyanın 100 ən yaxşı ali məktəbi reytinqinə daxil olan beynəlxalq ali məktəblərin tələbələri

    - Rusiyada və ya xaricdə gənclər arasında keçirilən cəmiyyət üçün əhəmiyyətli müsabiqələrin qalibləri

    - Rusiyada realizasiya üçün proyekt və ya proyekt ideyasını təklif etməyə hazır olan əcnəbilər

    Növbə iştirakçıları üçün ekspertlərlə, Rusiyada və xaricdə nüfuz qazanmış dövlət və biznes nümayəndələrilə görüşlər, proyektlərin ekspertizası və dəstəyi, dünyanın 30 ölkəsində tərəfdaş taparaq öz proyektini realizasiya etmək, həmçinin aşağıda göstərilən altı istiqamətdə dolğun tədris proqramı təşkil olunacaq:

    - dünya siyasəti

    - biznes və inovasiya

    - kütləvi informasiya vasitələri

    - vətəndaş cəmiyyəti

    - mükəmməl inkişaf və ətraf mühit

    - yaradıcılıq

    Hər bir iştirakçı onu maraqlandıran istiqaməti seçərək, mühazirə və seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirak edə bilər.

    Növbənin keçirilməsinin nəticəsi öz ideyalarını və yaradıcılıq potensialını Rusiyada realizasiya etməyə hazır olan unikal proyektli beynəlxalq gənclər cəmiyyətinin yaradılması olacaq.

    Forumun iştirakçıları və qonaqları üçün meşədə avtonom şəhər infrastrukturası yaradılır. Seliger gölünün şəffaf suyu, şam ağaclarından ibarət meşəlik, təmiz hava. Forumun bütün ərazisində Simsiz İnternet, bütün əsas hadisələrin internetdə nümayişi.

    Beynəlxalq növbənin saytı: www.seliger2010.com, http://forumseliger.ru/

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100